İyunun 18-də futbol üzrə Avropa çempionatının qrup mərhələsində ikinci turun daha üç qarşılaşması keçiriləcək.Azərtac xəbər verir ki, Bakı vaxtı ilə saat 17:00-da başlayacaq birinci oyunda E qrupunda yer alan İsveç seçməsi Slovakiya ilə qarşılaşacaq. Sankt-Peterburqda keçiriləcək oyunu almaniyalı referi Marko Frits idarə edəcək.İsveç millisi birinci oyunda İspaniya seçməsi ilə qolsuz heç-heçə edib. Slovakiyalılar isə ilk oyunda Polşa seçməsini 2:1 hesabı ilə məğlub edib. Slovakiya yığması bu oyunda qalib gələcəyi təqdirdə səkkizdəbir finala vəsiqəni təmin edəcək.Bakı vaxtı ilə saat 20:00-da start götürəcək ikinci qarşılaşma Qlazqo şəhərindəki “Hempden Park” stadionunda oynanılacaq. Xorvatiya millisi Çexiya yığması ilə üz-üzə gələcək. Görüşün baş hakimi ispaniyalı Karlos del Serro Qrande olacaq. İlk turda Xorvatiya seçməsi İngiltərəyə minimal hesabla uduzub, Çexiya isə Şotlandiyanı 2:0 hesabı ilə üstələyib. Qələbə çexiyalıları pley-offa çıxaracaq.Günün saat 23:00-da başlayacaq sonuncu görüşündə E qrupunun favoriti İngiltərə yığması Şotlandiya ilə qarşılaşacaq. Londondakı “Uembli” stadionunda keçiriləcək matçı ispaniyalı Antonio Migel Mateu Laos idarə edəcək.Xatırladaq ki, Bakı Olimpiya Stadionu iyunun 20-də İsveçrə-Türkiyə görüşünə ev sahibliyi edəcək. İyulun 3-də isə çempionatın dörddəbir final mərhələsinin bir qarşılaşması Bakıda oynanılacaq.“Avro-2020”nin final matçı iyulun 11-də Londondakı “Uembli” stadionunda keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…