Avropa çempionatında tarixi nəticə…

18 Sentyabr 2016 20:58

Xəbər 938 dəfə oxunub

İspaniyanın Malaqa şəhərində cüdo üzrə gənclər arasında Avropa birinciliyində komanda yarışları keçirilib. Azərbaycan millisi bu mötəbər yarışda tarixi uğura imza atıb. Millimiz komanda yarışlarında Avropa çempionatında ikinci olub. Komanda yarışlarında gənc cüdoçularımız Böyük Britaniya və Ukrayna yığmaların məğlub edərək yarımfinala çıxıblar. Yarımfinalda Hollandiya cüdoçuları üzərində inamlı qələbə qazanan milli komandamız tarixində ilk dəfə olaraq Avropa birinciliyinin komanda yarışlarının finalına yüksəlib. Gürcüstan millisinə qarşı həlledici görüş gərgin və maraqlı idman mübarizəsi şəraitində keçib. Nəticədə güclü rəqibə 2:3 hesabı ilə uduzan millimiz komanda yarışlarında Avropa birinciliyinin gümüş medalını qazanıb.xeber100.com