Avropa çempionatında yunan-Roma güləşi yarışları başa çatıb

3 May 2018 13:17

Xəbər 1048 dəfə oxunub

Rusiyanın Kaspiysk şəhərində Avropa çempionatında yunan-Roma güləşi yarışları başa çatıb. Yığma komandamız çempionatı 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.Azərtac xəbər verir ki, qızıl medalı yığmamıza Eldəniz Əzizli (55 kq) qazandırıb. Murad Məmmədov (60 kq) və Rəsul Çunayev (72 kq) gümüş medalla kifayətləniblər. Elvin Mürsəliyev (77 kq) və Rafiq Hüseynov (82 kq) isə bürünc medala sahib olublar.Bu nəticə ilə yığmamız komanda hesabında 113 xal toplayaraq Avropa üçüncüsü olub. Rusiya 169 xalla birinci, Gürcüstan 127 xalla ikinci olub.xeber100.com