Sentyabrın 25-də Azərbaycanda və Gürcüstanda təşkil edilən qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi çərçivəsində günün və qrup mərhələsinin sonuncu oyunu Türkiyə və Ukrayna komandaları arasında keçirilib.Azərtac xəbər verir ki, Bakıda, Milli Gimnastika Arenasında keçirilən oyunda “C” qrupunda qərarlaşan komandalardan pley-off mərhələsinə sonuncu vəsiqənin sahibi məlum olub.Matçın birinci və ikinci setində Türkiyə millisi rəqibini 25:20 və 25:19 hesabı ilə məğlub edib. Görüşün üçüncü setində təşəbbüsü ələ alan Ukrayna yığması hesab arasındakı fərqi azaltmağa nail olub – 25:20. Lakin ukraynalı voleybolçuların bundan artığına gücü çatmayıb. Qarşılaşmanın dördüncü setində Türkiyə kollektivi rəqibin müqavimətinə baxmayaraq, 25: 23 hesabı ilə qalib gəliblər.Beləliklə, ümumi nəticədə Ukrayna millisindən 3:1 hesabı ilə üstün olan Türkiyə yığması turnirdə ilk qələbəsini qazanıb. Bununla da xallarının sayını 4-ə çatdıran qardaş ölkə təmsilçisi pley-off mərhələsinə sonuncu vəsiqənin sahibi olub.Ukrayna komandası isə yarışı 2 xalla qrup sonuncusu kimi başa vurub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…