II turun ilk oyun gününün təyinatları açıqlanıb

13 İyul 2016 15:00

Xəbər 1240 dəfə oxunub

Almaniyada keçirilən 19 yaşadək futbolçular arasında Avropa çempionatının II turunun ilk oyun gününün təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan hakimi Əliyar Ağayev növbəti təyinatını alıb. FİFA referisi İtaliya – Avstriya matçının baş hakimi olacaq. Sabah baş tutacaq qarşılaşma Reutlingen şəhərində keçiriləcək. Qeyd edək ki, Ağayev ilk turun Xorvatiya – Hollandiya matçında (1:3) dördüncü hakim funksiyasını yerinə yetirib.xeber100.com