Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində

28 Sentyabr 2018 13:56

Xəbər 927 dəfə oxunub

Sentyabrın 28-də AFFA-nın baş katibi Elxan Məmmədov 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb.Azərtac xəbər verir ki, baş katib Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaq yığmamıza uğurlar arzulayıb.Qeyd edək ki, yığmamız Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində oktyabrın 3-də Türkiyə, 6-da İsveçrə, 2 gün sonra isə Kipr komandası ilə qarşılaşacaq. Yığmamızın mübarizə aparacağı ikinci qrupun oyunları Türkiyədə təşkil olunacaq.xeber100.com