Avropa çempionatının ilkin seçmə mərhələsində…

17 Sentyabr 2016 16:52

Xəbər 1637 dəfə oxunub

Futbol üzrə 19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması sentyabrın 16-da ikinci oyununu keçirib. Azərtac xəbər verir ki, yığmamız Bakı Olimpiya Stadionunda İspaniya komandası ilə qarşılaşıb. Qarşılaşma 7:0 hesabı ilə ispaniyalı futbolçuların xeyrinə başa çatıb. Sentyabrın 20-də, saat 19:00-da yığmamız seçmə mərhələdəki son oyununda Latviya komandası ilə qarşılaşacaq.xeber100.com