Avropa çempionatının oyunlarına təyinatlar açıqlanıb

31 İyul 2018 11:40

Xəbər 680 dəfə oxunub

Qadın futzalçılardan ibarət milli komandalar arasında ilk dəfə təşkil edilən Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarına təyinatlar açıqlanıb.Azərtac AFFA-nın saytına istinadla xəbər verir ki, FIFA referisi Yusif Nurullayev çempionatın “C” qrupunun avqustun 20-dən 24-dək Moldovanın paytaxtı Kişineuda keçiriləcək oyunlarını idarə edəcək. Bu qrupda Belarus, Ermənistan və Moldova milli komandaları yer alıblar.Futzal üzrə FIFA referisi Ramil Namazov isə UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsinin “A” qrupunda keçiriləcək oyunlara təyinat alıb. “Mostar”, “Futsal Gentofte”, “Makkabi Nahalat Yitjak Tel Aviv” və “Wattcell Futsal Club” komandalarının mübarizə aparacağı bu qrupun görüşləri avqustun 28-dən sentyabrın 2-dək Bosniya və Herseqovinada oynanılacaq.xeber100.com