2017-ci ildə Azərbaycan və Gürcüstanın birgə təşkil edəcəyi qadın voleybolçular arasında Avropa çempionatının iştirakçılarının tam siyahısı müəyyənləşib. Azərtac xəbər verir ki, yarışda 16 komanda birincilik uğrunda mübarizə aparacaq. Avropa çempionatında ev sahibləri Azərbaycan və Gürcüstanla yanaşı, “Avro-2015”in mükafatçıları – Rusiya, Hollandiya və Serbiya, həmçinin ilk beşlikdə qərarlaşan Türkiyə və Almaniya yığmaları yarışacaq. İkinci seçmə mərhələdə onlara İtaliya, Belçika, Polşa, Xorvatiya, Bolqarıstan və Belarus qoşulub. Pley-off mərhələsində Çexiya, Ukrayna və Macarıstan da onaltılıqda iştirak hüququ qazanıb. “Avro-2017”də Gürcüstanda cəmi 1 qrupun oyunları və 1/4 final matçları baş tutacaq. Digər 3 qrup – biri Quba, ikisi Bakıda olmaqla, Azərbaycanda mübarizə aparacaq. Çempionatın yarımfinal və final oyunları da paytaxtımızda təşkil olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…