UEFA İcraiyyə Komitəsi Avropa çempionatının oyunlarının keçiriləcəyi şəhərlərin siyahısını təsdiqləyib.AZƏRTAC xəbər verir ki, UEFA Almaniyanın Münxen şəhərində əvvəlcədən nəzərdə tutulan matçların keçiriləcəyini təsdiqləyib. Bilbao və Dublində keçirilməsi planlaşdırılan “Avro-2020” qrup mərhələsinin oyunlarının isə müvafiq olaraq Sevilya və Sankt-Peterburqa keçirilməsinə qərar verilib. Orada “E” qrupunun komandaları oynayacaq.İspaniya millisinin İsveç, Polşa və Slovakiyaya qarşı oyunları Sevilyada, Polşa – Slovakiya, İsveç – Slovakiya və İsveç – Polşa oyunları Sankt-Peterburqda baş tutacaq.Beləliklə, “Avro-2020”nin oyunlarına Bakı (Azərbaycan) ilə yanaşı, Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), “Sevilya” (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland) ev sahibliyi edəcək. Oyunların iyunun 11-dən iyulun 11-dək keçirilməsi planlaşdırılıb.Qeyd edək ki, Avropa çempionatının “A” qrupunun İsveçrə-Uels, Türkiyə-Uels və Türkiyə-İsveçrə oyunlarına, həmçinin dörddəbir final mərhələsinin bir matçına Bakı Olimpiya Stadionu ev sahibliyi edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…