Avropa çempionatının seçmə mərhələsi çərçivəsində

28 Avqust 2020 13:24

Xəbər 1343 dəfə oxunub

İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycanın müvafiq yaş qrupundan ibarət millisi ilə qarşılaşacaq Fransa yığmasının heyəti açıqlanıb.Azərtac AFFA-ya istinadla xəbər verir ki, heyətdə qapıçılar – Dimitri Berto (Monpelye), Alban Lafont (Nant), İllan Meslier (Lids, İngiltərə), müdafiəçilər – Benua Badiaşile (Monako), Melvin Bard (Lion), Kolin Daqba (PSJ), Bafode Diakite (Tuluza), Bubakar Kamara (Marsel), Jül Kunde (Sevilya, İspaniya), Krist-Emanuel Faytout Maoussa (Renn), Obite Evan Ndiçka (Ayntraxt, Almaniya), yarımmüdafiəçilər – Maksen Kaquere (Lion), İbrahima Diallo (Brest), Matteo Genduzi (Arsenal, İngiltərə), İmran Louza (Nant), Arno Nordin (Sent-Etyenn), Ceff Peyn-Adelaid (Lion), Bubakari Soumare (Lill), hücumçular – Mussa Diabi (Bayer, Almaniya), Erik Dina Ebimbe (Dijon), Amine Qouiri (Nitsa), Brayan Mbeumo (Brentford, İngiltərə) və Odson Eduard (Seltik, Şotlandiya) yer alıblar.Azərbaycan-Fransa matçı sentyabrın 7-də, saat 21:00-da, Sumqayıtdakı “Kapital Bank Arena”da start götürəcək.xeber100.com