Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyun keçiriləcək

12 Sentyabr 2023 13:16

Xəbər 393 dəfə oxunub

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək. Yığmamız səfərdə Serbiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Serbiya Futbol Federasiyasının Stara Pazova şəhərindəki İdman Mərkəzində oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Görüşü Türkiyədən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Erkan Özdamara Serkan Olquncan və Murat Tuğberk Curbay kömək edəcək. Dördüncü hakim funksiyasını isə Zorbay Küçük yerinə yetirəcək.xeber100.com