Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində

13 Noyabr 2017 11:37

Xəbər 729 dəfə oxunub

İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində noyabrın 14-də Azərbaycan və Kosovo yığmaları arasında keçiriləcək oyunun hakimləri müəyyənləşib.Azərtac AFFA-ya istinadla xəbər verir ki, görüşü estoniyalı baş hakim Roomer Tarajev idarə edəcək. Ona həmyerliləri Hannes Reinvald və Neeme Neemlaid kömək edəcəklər. Dördüncü hakim funksiyasını Eiko Saar yerinə yetirəcək.Matç “Dalğa Arena”da saat 18:00-da start götürəcək.xeber100.com