Avropa çempionatının təqvimi açıqlanıb

20 Yanvar 2017 17:53

Xəbər 906 dəfə oxunub

Sentyabrın 22-dən oktyabrın 1-dək Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi edəcəyi qadın voleybolçular arasında Avropa çempionatının təqvimi açıqlanıb.Azərtac Avropa Voleybol Konfederasiyasına (CEV) istinadla xəbər verir ki, çempionata sentyabrın 22-də Bakıda Rusiya-Ukrayna oyunu ilə start veriləcək. Həmin gün paytaxtımızda Azərbaycan millisi Macarıstan yığmasını qəbul edəcək. “A” qrupunda yer alan millimiz növbəti oyununu sentyabrın 24-də Polşa, bir gün sonra isə Almaniya voleybolçularına qarşı keçirəcək.Çempionatın qrup mərhələsinin oyunları dörd gün ərzində baş tutacaq. Sentyabrın 26-27-də play-off mərhələsinin, 28-29-da dörddəbir, bir gün sonra isə yarımfinal mərhələsinin görüşləri təşkil olunacaq. Oktyabrın 1-də final qarşılaşması Bakıda Milli Gimnastika Arenasında oynanılacaq.xeber100.com