Avropa çempionatının yeni tarixi müəyyənləşib

13 May 2020 09:37

Xəbər 509 dəfə oxunub

Kişi basketbolçular arasında kiçik dövlətlərin Avropa çempionatının yeni tarixi müəyyənləşib.azərtac Beynəlxalq Basketbol Federasiyasına (FIBA) istinadla xəbər verir ki, çempionat 2021-ci il iyunun 28-dən iyulun 3-dək keçiriləcək.Qeyd edək ki, Azərbaycan çempionatın B qrupunda İrlandiya, Andorra və Ermənistanla birgə mübarizə aparacaq. Koronavirus pandemiyasından əvvəl çempionatın bu il iyunun 28-dən iyulun 4-dək İrlandiyanın Limerik şəhərində keçirilməsi nəzərdə tutulmuşdu.xeber100.com