Doqquz milli futbol assosiasiyası UEFA-nın 2020-ci il Superkubokunu keçirməyə maraq göstərdiyini bildirib.Azərtac xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat yayıb.Superkubok üçün yerin seçilməsi proseduru 2017-ci il dekabrın 8-də başlayıb. 2018-ci il yanvarın 12-dək milli assosiasiyalar oyunu keçirmək istədiklərini bildirməli idilər. Qeyd olunur ki, 2020-ci il Avropa çempionatı oyunlarına ev sahibliyi edəcək milli assosiasiyalar seçkilərdə iştirak edə bilməzlər.Albaniya (Tirana), Belarus (Minsk), Finlandiya (Helsinki), Fransa (Nits), İsrail (Hayfa), Qazaxıstan (Almatı), Moldova (Kişineu), Şimali İrlandiya (Belfast) və Portuqaliya (Portu) Superkubok uğrunda oyunun keçirilməsində maraqlı olduqlarını bildiriblər.Superkubok oyununun keçirilməsi hüququ üçün müraciət assosiasiyalar tərəfindən 2018-ci il martın 29-dək edilməlidir. Oyunun keçirilmə yeri 2018-ci ilin mayında seçiləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…