Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) tibb komitəsi iştirakçıların sağlamlığına zəmanət verən tövsiyələrə riayət edilməsi şərti ilə yarışların bərpa olunmasını mümkün sayır. Azərtac xəbər verir ki, bunu UEFA komitəsinin başçısı Tim Meyer bildirib.Avropa milli turnirlərinin, demək olar, hamısı, Avropa Kuboku yarışları və yığmaların görüşləri koronavirus pandemiyası səbəbindən dayandırılıb. Rusiya Futbol İttifaqı (RFİ) bütün yarışları mayın 31-nə qədər dayandırıb.”Öz yarışlarını bərpa etməyi düşünən bütün futbol təşkilatları iştirakçıların sağlamlığının müdafiəsinə dair sanitariya şərtlərini müəyyən edən müfəssəl protokollar hazırlayırlar. Bu cür şəraitdə və yerli qanunvericiliyə tam riayət edildikdə, şəksiz ki, yarışların bərpasını planlaşdırmaq olar”, – deyə Meyer bildirib.Yeni koronavirusun doğurduğu xəstəlik ocağı 2019-cu ilin sonunda Mərkəzi Çində qeydə alınıb, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı onu pandemiya kimi tanıyıb. Pandemiya başlanandan 3,1 milyondan çox adam koronavirusa yoluxub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…