Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarında…

24 İyul 2019 11:45

Xəbər 580 dəfə oxunub

Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarında Azərbaycan təmsilçisi bürünc medal uğrunda mübarizə aparmaq imkanı qazanıb.Azərtac xəbər verir ki, oğlanların yarışında çıxış edən təmsilçimiz Şükran Zamanlı (55 kq) onaltıdabir finalda portuqaliyalı Migel Qaqo üzərində təmiz qələbə qazansa da, sonrakı mərhələdə macarıstanlı Benko Farkasa ipponla məğlub olub. Təsəlliverici görüşdə almaniyalı David İkesi, daha sonra hollandiyalı Laurens Vilmsi ipponla məğlubiyyətə uğradan cüdoçumuz bürünc medal uğrunda mübarizə aparmaq şansı qazanıb.Qeyd edək ki, komandamızın üzvü Turan Bayramov (60 kq) isə səkkizdəbir finalda Adam Saferini (Avstriya), dörddəbir finalda yunanıstanlı Mikis Tontimidisi ipponla məğlub edərək yarımfinala vəsiqə əldə edib.Qızlardan Gülşən Bəşirova (44 kq) və Səbinə Əliyeva (48 kq) oğlanlardan isə İsmayıl Qənbərli (50 kq) uduzaraq mübarizəni dayandırıblar.Yarışların birinci günündə qadınlar 40, 44, 48, oğlanlar isə 50, 55, 60 kiloqram çəki dərəcələrində çıxış edirlər.xeber100.com