Avropa Həndbol Federasiyası kuboku uğrunda yarış keçiriləcək

5 Oktyabr 2017 11:00

Xəbər 952 dəfə oxunub

Oktyabrın 14-də Mingəçevirin qadınlardan ibarət “Nur” həndbol komandası Avropa Həndbol Federasiyası (EHF) kuboku uğrunda yarışda ikinci oyununu keçirəcək.Azərtac xəbər verir ki, ölkə çempionu Danimarkanın “Viborq” komandası ilə üz-üzə gələcək.Görüşü latviyalı hakimlər briqadası – Vadims Caskins və Edvards Zabko idarə edəcək. EHF nümayəndəsi isə rusiyalı Lüdmila Bodniyeva olacaq.Komandalar arasında cavab oyunu oktyabrın 15-də keçiriləcək. Hər iki matç Danimarkanın Viborq şəhərində baş tutacaq.xeber100.com