“Avropa İİV-ə testləşmə həftəsi” kampaniyası çərçivəsində…

29 Noyabr 2016 11:09

Xəbər 760 dəfə oxunub

Respublika QİÇS-lə Mübarizə Mərkəzi “Avropa İİV-ə testləşmə həftəsi” kampaniyası çərçivəsində maarifləndiriçi tədbirləri davam etdirir.Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, kampaniya çərçivəsində “Park bulvar”, “Metropark” ticarət mərkəzlərində, eləcə də Bakı Texniki Kolleci, Mingəçevir Politexnik İnstitutu, Azərbaycan Texniki Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası və Şəki Tibb Kollecində İİV-lə bağlı müayinələr keçirilib.Aksiyalar zamanı mərkəzin mütəxəssisləri İİV infeksiyası və ondan qorunma üsulları, sağlam və təhlükəsiz həyat tərzi barədə iştirakçılara ətraflı məlumat veriblər. Tədbirlərdə könüllü olaraq 4 mindən artıq insan İİV-lə bağlı test müayinəsindən keçiblər. Bununla yanaşı, “Avropa İİV-ə testləşmə həftəsi” kampaniyası çərçivəsində ölkənin bir necə şəhər və qəsəbəsinin sakinləri arasında İİV-lə bağlı müayinələr aparılıb, broşür və bukletlər paylanılıb. Aksiyalar zamanı vətəndaşlara pulsuz və anonim qaydada ekspress-testdən keçmək və 15 dəqiqə ərzində öz İİV statusunu müəyyən etmək imkanı yaradılıb.Xatırladaq ki, “Avropa İİV-ə testləşmə həftəsi” kampaniyasında bu il Avropanın 54 ölkəsindən 800-dən çox dövlət və ictimai təşkilat iştirak edib.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05