“Avropa İttifaqı bu ilin yayında qaçqınlarla bağlı layihələrin icrası üçün Türkiyəyə 1 mlrd avro ayıracaq”. “TASS” xəbər verir ki, bunu Aİ Şurasının sədri Donald Tusk Qazıantepdə mətbuat konfransı zamanı bildirib. “Aİ miqrasiya sazişinə əsasən, bu yay qaçqınlarla bağlı layihələr üçün Türkiyəyə 1 mlrd avro ayıracaq. Biz Türkiyə üzərindən Aİ-yə gələn qanunsuz miqrantların sayının azaldığını müşahidə edirik. Bu ölkə qaçqınların qəbulu məsələsində bütün dünya üçün örnək olub”, – deyə Tusk Merkel, Timmermans və Davudoğlu ilə birgə mətbuat konfransında bildirib. Qeyd edək ki, Almaniya kansleri Angela Merkel, Aİ Şurasının sədri Donald Tusk, Avropa Komissiyası sədrinin müavini Frans Timmermans və Türkiyənin baş naziri Əhməd Davudoğlu Türkiyənin Suriya ilə həmsərhəd Qazıantep şəhərindəki suriyalı qaçqınların “Nizip-2” düşərgəsində olublar. Merkel və Davudoğlu suriyalı uşaqlarla söhbət edib və düşərgədə yaradılan şəraitlə tanış olub. Nümayəndə heyətinin düşərgəyə səfəri mətbuat üçün qapalı rejimdə keçirilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…