Avropa İttifaqı bu gün Kiyevə 2023-cü il üçün planlaşdırılan 18 milyard avroluq makromaliyyə yardımından 1,5 milyard avro həcmində növbəti tranşı ödəyib.
Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen bu barədə özünün tviter səhifəsində yazıb. Onun sözlərinə görə, Aİ Ukrayna institutlarının maliyyələşməsini və vacib islahatların keçirilməsini dəstəkləməyə davam edəcək.
Ötən ilin dekabrında Avropa İttifaqı Şurası Ukraynaya 2023-cü il üçün 18 milyard avro həcmində makromaliyyə yardımı ayırmaq barədə qərar qəbul edib. Həmin vəsait 10 illik imtiyazla veriləcək. Ukrayna krediti 2033-cü ildən başlayaraq 35 il ərzində ödəyəcək.
Kiyev cari ilin yanvarında 3 milyard avroluq ilk tranşı alıb. Növbəti ödənişlər martdan başlayaraq ayda 1,5 milyard avro olmaqla hissə-hissə ayrılacaq. Bundan öncəki tranş isə martın 21-də həyata keçirilib.
Ukrayna bu vəsaitlərin köməyi ilə əməkhaqqlarını, pensiyaları ödəməyə davam edəcək, əsas ictimai müəssisələrin, o cümlədən xəstəxana və məktəblərin fəaliyyətini dəstəkləyəcək. Bundan başqa, Avropa İttifaqının yardımı ölkəyə müharibə zamanı zərər çəkmiş infrastrukturu bərpa etməyə və makroiqtisadi sabitliyi qorumağa imkan verəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…