Sentyabrda Avropa İttifaqına (Aİ) üzv ölkələrdə yeni avtomobillərin satışı ötən ilin eyni ayına nisbətən 23,1 faiz azalıb. Ay ərzində qitə ölkələrində avtomobil satışlarının ən çox azaldığı ölkə isə İtaliya olub. Azərtac xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Birliyinin (ACEA) məlumatına görə, keçən ay Aİ-də yeni avtomobillərin satışı əvvəlki ilin sentyabr ayına nisbətən 23,1 faiz azalaraq 718 min 598 ədəd təşkil edib. Belə ki, 2020-ci ilin sentyabrında 934 min 39 ədəd yeni avtomobil satılmışdı.Aİ ölkələrindən İtaliyada avtomobil satışları 32,7 faiz, Almaniyada 25,7 faiz, Fransada 20,5 faiz və İspaniyada 15,7 faiz azalıb. İttifaqa üzv 27 ölkə arasında sentyabr ayında ən çox yeni avtomobil isə Almaniyada satılıb. Belə ki, ötən ay Almaniyada 196 min 972, Fransada 133 min 830, İtaliyada 105 min 175 və İspaniyada 59 min 641 yeni avtomobil qeydiyyata alınıb“Volkswagen Group” sentyabrda 156 min 228 ədəd olmaqla Aİ-də ən çox yeni avtomobil satan konsern olub. Sonrakı yerlərdə “Peugeot”, “Fiat”, “Citroen” və “Opel” kimi markaların daxil olduğu “Stellantis Group” (148 min 283 avtomobil) və “Renault Group” (86 min 159 avtomobil) qərarlaşıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…