Təhlükəsizlik və müdafiə, miqrasiya böhranı, Brexit Avropa İttifaqının (Aİ) iyunun 22-23-də Brüsseldə keçiriləcək növbəti sammitinin başlıca mövzularıdır. Aİ liderləri ilk növbədə Avropanın sığınacaq vermək sistemində islahatlar prosesinə başlamaq və birgə müdafiə fondunun yaradılması barədə razılığa gəlmək niyyətindədirlər. Şimali Avropa qaz kəmərinin gücünün iki dəfə artırılması layihəsi daha bir müzakirə mövzusu ola bilər.Avropa Komissiyasının nümayəndəsi sammitin gündəliyi barədə jurnalistlərə məlumat verərək bildirib ki, məhz təhlükəsizlik və müdafiə sahəsini son dərəcə əhəmiyyətli sayır. Brüsselin fikrincə, mövcud xarici və daxili təhlükələr fonunda avropalılar sadəlövhlükdən əl çəkməli və elə düşünməməlidirlər ki, hər kəs öz təhlükəsizliyini təkbaşına təmin edə bilər. Avropa Komissiyasının yüksək vəzifəli məmuru deyib: “Biz həm müdafiə sahəsində, həm də daxili təhlükəsizliyin səviyyəsinin artırılması ilə bağlı məsələlərdə səylərimizi lap çox artırmalıyıq”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…