Avropa Komissiyası 2022-2023-cü illər üçün inflyasiya proqnozlarını yüksəldib

14 İyul 2022 13:18

Xəbər 212 dəfə oxunub

Avropa Komissiyası Avrozona üzrə 2022-2023-cü illər üçün inflyasiya proqnozlarını yüksəldib, iqtisadi artım proqnozlarını isə aşağı salıb.Avropa Komissiyası 2022-ci ildə Avrozona üzrə inflyasiya proqnozunu 6,1 faizdən 7,6 faizə, 2023-cü ilə dair proqnozunu 2,7 faizdən 4 faizə yüksəldib. İqtisadi artımla bağlı proqnoz 2022-ci il üçün 2,7 faizdən 2,6 faizə, 2023-cü il üzrə isə 1,4 faizə endirilib.Avrokomissiya Rusiya-Ukrayna gərginliyinin regional iqtisadiyyata təsirinin davam edəcəyini bildirib. Qeyd olunub ki, bu proseslər Avropa iqtisadiyyatına mənfi təsir edib, enerji və taxıl tədarükündə problemlər yaradıb, qiymətlər yüksəlib.İnflyasiya səviyyəsinin cari ilin sonunda pik həddə çatacağı, 2023-cü ildə isə tədricən azalacağı proqnozlaşdırılır. Bununla belə, davam edən qeyri-müəyyənlik səbəbindən digər risklərin olduğu da vurğulanıb.xeber100.com

ABŞ hökuməti yeni sanksiyalar tətbiqinə başlayır

ABŞ hökuməti Koreya Xalq Demokratik Respublikasının (KXDR) 4 qurumuna və bir fərdi şəxsinə ölkənin nüvə silahı proqramının inkişafı üçün qanunsuz kiber fəaliyyətə görə yeni sanksiyalar tətbiq edəcəyini açıqlayıb. Yonhap agentliyi xəbər verir ki, ABŞ-nin Xəzinə Departamenti həmin qurumları və şəxsi “qara siyahı”ya daxil edilib. Sanksiya tətbiq olunan qurumlar Baş Kəşfiyyat İdarəsi üçün kadrlar hazırlayan Pxenyan Avtomatlaşdırma Universiteti, idarənin nəzarətində olan texniki kəşfiyyat bürosu və onun kiber bölməsi, Çinyonq informasiya texnologiyaları əməkdaşlığı şirkətidir. Departamentin açıqlamasında deyilir ki, KXDR zərərli kiber fəaliyyət göstərir, Kim rejimini, onun qanunsuz kütləvi qırğın silahları və ballistik raket proqramları kimi prioritetlərini dəstəkləməkdən ötrü virtual valyuta da daxil olmaqla gəlir əldə etmək üçün informasiya texnologiyaları (İT) işçiləri vasitəsi ilə fırıldaqçılıq edir. ABŞ Xəzinə Departamenti hesab edir ki, texniki kəşfiyyat bürosu Şimali Koreyanın kiber hücum taktikaları və üsullarının inkişafı ilə məşğuldur. Çinyonq informasiya texnologiyaları əməkdaşlığı şirkəti isə Rusiya və Laosda cəlb etdiyi İT işçiləri vasitəsilə KXDR-in qanunsuz kiber fəaliyyətinə dəstək olur. Sanksiya tətbiq olunan fərdi şəxs isə sözügedən şirkətin Vladivostokdakı nümayəndəsi olduğu iddia edilən Kim Sanq-Mandır. Onun həmin ölkələrdəki işçilərin maaşlarının ödənilməsi ilə məşğul olduğu bildirilir.xeber100.com

May 24, 2023 14:32

BMT Təhlükəsizlik Şurası qətnamə qəbul edib

BMT Təhlükəsizlik Şurası aprelin 27-də yekdilliklə Əfqanıstanda qadınların Birləşmiş Millətlər Təşkilatında çalışmasına qoyulan qadağanı pisləyən qətnamə qəbul edib və “Taliban”ı qadın və qızların fundamental azadlıqlarını məhdudlaşdıran siyasət və əməlləri “tezliklə dayandırmağa” çağırıb. BMT-nin rəsmi saytı xəbər verir ki, Şuranın qeyri-daimi üzvləri olan Birləşmiş Ərəb Əmirlikləri və Yaponiya tərəfindən hazırlanmış, habelə 90-dan çox ölkənin birgə səyləri ilə hazırlanan qətnamədə Əfqanıstanda insan hüquqlarına və əsas azadlıqlara “ehtiramın eroziyasının artması” ilə bağlı dərin narahatlıq ifadə olunub. Sənəddə qeyd edilib ki, “Taliban”ın əfqan qadınlarının Əfqanıstanda BMT-də çalışmasını qadağan edən son qərarı təşkilatın bu ölkədəki əməliyyatlarına, o cümlədən ən həssas təbəqələrə yardım və əsas xidmətlərin çatdırılmasına mənfi təsir edəcək. “Taliban” qrupu qadınların BMT-də çalışmasının qadağan edilməsi qərarının “daxili məsələ” olduğunu bildirib. 2021-ci il avqustun 15-də Əfqanıstanda “Taliban”ın hakimiyyətə qayıdışı, ardınca beynəlxalq maliyyə yardımının kəsilməsi bu ölkəni iqtisadi, humanitar və insan haqları böhranlarına sürükləyib. Götürdükləri öhdəliklərə baxmayaraq, hakimiyyətdə olanlar insan hüquqlarına davamlı hücumlar həyata keçiriblər. Qadınlar və qızlar “Taliban” hakimiyyəti altında öz hüquqlarından, o cümlədən təhsil hüququndan məhrum edilib, ictimai həyatdan uzaqlaşıblar. Bunun nəticəsində minlərlə qadın işini itirib və ya dövlət qurumları və özəl sektordan istefa verməyə məcbur olub. ABŞ-ın BMT-dəki nümayəndəsi Linda Tomas-Qrinfild qətnamənin yekdilliklə qəbul edilməsindən sonra verdiyi açıqlamada Şuranın “Taliban”a açıq mesaj göndərdiyini və onların əfqan qadın və qızlarına qarşı repressiyalarını pislədiyini bildirib. O əlavə edib: “Əfqanıstan qadınları və qızları insan hüquqlarından və əsas azadlıqlardan məhrum edilərkən beynəlxalq ictimaiyyət kənarda qalmayacaq. Bu sərt qərarlar yalnız Əfqanıstanın sabitliyə, iqtisadi rifaha və gələcək inkişafa nail olmasına mane olur”.xeber100.com  

Aprel 28, 2023 18:35

TEKNOFEST festivalının açılış mərasimi keçirilib

Türkiyədə milli texnologiyanın inkişafında mühüm rol oynayan bir çox təşkilatın tərəfdaşlığı, Türkiyə Texnologiya Komandası Vəqfi ilə Sənaye və Texnologiya Nazirliyinin təşkilatçılığı ilə keçirilən TEKNOFEST festivalı ikinci gününü İstanbul Atatürk Hava Limanında davam etdirir. Anadolu agentliyi xəbər verir ki, dünən keçirilməsi planlaşdırılan, lakin güclü yağış səbəbindən təxirə salınan açılış mərasimi sənaye və texnologiya naziri Mustafa Varankın və çoxlu ziyarətçinin iştirakı ilə bu gün baş tutub. Açılış mərasimində çıxış edən TEKNOFEST İdarə Heyətinin və T3 Vəqfi Mütəxəssislər Şurasının sədri Səlcuk Bayraktar deyib: “İnkişaf etdirdiyimiz texnologiyalar yalnız bəşəriyyətə fayda verdikdə önəm qazanır. İnanıram ki, gənc qardaşlarımız TEKNOFEST çərçivəsində zəlzələ və fəlakətlərə həll yolları təklif edən texnologiyaları daha da inkişaf etdirəcəklər və inşallah, sabahımız daha da təhlükəsiz olacaq. TEKNOFEST dünəndən bu günə qədər beyinlərdə başlayan səssiz bir inqilabın adı oldu. Bu səssiz inqilabın dalğaları ildən-ilə genişlənir”. Selçuk Bayraktar qeyd edib ki, 2018-ci ildə ilk TEKNOFEST festivalı başlayarkən texnologiya yarışlarına qatılmaq üçün 20 min gənc müraciət etmişdi. İndi isə onların sayı bir milyonu ötüb. Açılış mərasimində sənaye və texnologiya naziri Mustafa Varank, müdafiə sənayesi naziri İsmayil Demir və başqaları çıxış ediblər. Çıxışlarda Türkiyənin texnologiyalar sahəsində qazandığı uğurlardan bəhs olunub.xeber100.com

Aprel 28, 2023 18:22