Avropa Kuboku uğrunda son matçlar keçirilib

16 Oktyabr 2017 12:44

Xəbər 939 dəfə oxunub

Antalyada klub komandaları arasında Avropa Kuboku uğrunda son matçlar keçirilib. Bu oyunlardan sonra yarışların qalibləri və mükafatçıları müəyyən olunub.Azərtac xəbər verir ki, ölkəmizin qadınlardan ibarət “Odlar Yurdu” komandası 2-ci yeri tutaraq gümüş medallara layiq görülüb, kişi şahmatçılarımızdan ibarət “Odlar Yurdu” komandası isə bürünc medallarla kifayətlənməli olub.Rusiyanın kişilərdən ibarət “Qlobus” komandası (xatırladaq ki, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov da bu komandanın heyətində çıxış edirdi) 12 xal toplayaraq Avropa klubları kubokunun sahibi olub. Hərəsinin aktivində 11 xal olan Makedoniyanın “Alkaloid”, Azərbaycanın “Odlar yurdu” və Çexiyanın “AVE Nový Bor” komandaları 2-4-cü yerləri bölüşdürüblər. Əlavə göstəricilər nəzərə alınmaqla çempionatın yekun cədvəlində bu komandalar məhz belə ardıcıllıqla yer aldığı üçün “AVE Nový Bor” mükafatçılar sırasından kənarda qalıb.Bütün distansiya boyunca liderlik edən Azərbaycan klubu sonuncu turda “AVE Nový Bor” komandasına 2,5:3,5 hesabı ilə uduzub. Bu turda Nicat Abbasov Krişnan Saşikirana məğlub olub, qalan 5 partiya (Radoslav Voytaşek – Arkadi Naydiç, Pentala Harikrişna – Rauf Məmmədov, David Navara – Qədir Hüseynov, Markus Raqqe – Eltac Səfərli, Viktor Lazniçka – Azər Mirzəyev) heç-heçə başa çatıb.Qadınların turnirində liderlik edən “Batumi Chess Club NONA” klubu (Gürcüstan) son turda Rumıniyanın “Cs Studentesc Medicina Timisoara” komandası ilə sülh bağlayıb – 2:2. Nəticədə həmin gün Türkiyənin “Marmara” klubuna 2,5:1,5 hesabı ilə qalib gəlmiş Azərbaycanın “Odlar Yurdu” komandası matç xallarının sayına görə gürcülərə çatıb. Bu turdan sonra həmin kollektivlərin hərəsinin aktivində 11 xal vardı, lakin əlavə göstəricilər nəzərə alınmaqla “Batumi Chess Club NONA” öz rəqiblərindən üstün hesab edilib. “Odlar yurdu” gümüş medallar qazanıb. Ağ fiqurlara oynayan Xanım Balacayeva Ese Özbaya qalib gəlib, qalan partiyaların hamısı (Zeynəb Məmmədyarova – Duru Okuyaz, Ülviyyə Fətəliyeva – Sila Çağlar, Gülnar Məmmədova – Sude Xereklioğlu) heç-heçə başa çatıb.Rusiyanın “UGRA Chess Club” və Belarusun “Bossa Nova” komandaları bürünc medallar uğrunda mübarizə aparırdı. Yekunda bu komandaların hərəsinin aktivində 10 xal vardı, lakin əlavə göstəricilər nəzərə alınmaqla bürünc medallar Belarusdan olan qadın şahmatçılara qismət oldu.Turnirin qalibləri və mükafatçıları 7 turun yekunlarına əsasən İsveçrə sistemi üzrə müəyyən edilib.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02