Avropa kuboku yarışları keçiriləcək

25 Mart 2017 12:21

Xəbər 1008 dəfə oxunub

Martın 25-26-da İspaniyanın Las-Palmas şəhərində triatlon idman növü üzrə Avropa kuboku yarışları keçiriləcək.Azərtac xəbər verir ki, yarışda Azərbaycanı baş məşqçi Sergey Yatsenkonun rəhbərliyi ilə triatlonçular Rostislav Pevtsov və Kseniya Levkovskaya təmsil edəcəklər.Avropa kubokundan sonra milli komandamız Las-Palmasda təlim-məşq toplanışlarında olacaq.Xatırladaq ki, Azərbaycanın triatlon üzrə yığması beynəlxalq yarışlara hazırlaşmaq üçün yanvarda Kiprdə təlim-məşq toplanışı keçirmişdi.xeber100.com