Avropa Kubokunun üçüncü turunun oyunları keçirilib

12 Oktyabr 2017 12:08

Xəbər 750 dəfə oxunub

Türkiyənin Antalya şəhərində kişi və qadın şahmatçılardan ibarət klub komandaları arasında Avropa Kubokunun üçüncü turunun oyunları keçirilib.Azərtac xəbər verir ki, bu turda Azərbaycanın kişi şahmatçılardan ibarət “Odlar Yurdu” komandası İtaliyanın “Obiettivo Risarcimento Padova” komandası üzərində 3,5:2,5 hesabı ilə qələbə qazanıb.Turnirdə 3 turdan sonra kişi komandaları arasında “Qlobus” (Rusiya) – 6 (14), “Odlar Yurdu” – 6 (13,5), “Gambit Asseco See” (Makedoniya) – 6 (13,5), “LSG Leiden” (Niderland) – 6 (12), və “Mednıy Vsadnik” – 5 (13) komandaları liderdir.Azərbaycanın qadın yığması Belarusun “Bossa Nova” komandasına 1,5:2,5 hesabı ilə məğlub olub.Üç turdan sonra qadın komandaları arasında “Bossa Nova” üç qələbə qazanmaqla 6 matç xalı və 9 fərdi xal əldə edərək liderdir. Beş komanda dərhal hərəyə 4 xal qazanıb. Rusiyadan olan “Legacy Square Capital” komandası 4 (7,5) xalla ikinci, “Odlar Yurdu” – 4 (7,5) üçüncü, Gürcüstanın “Batumi Chess Club NONA” komandası isə dördüncü yerdədir.Yarışların dördüncü turunda Azərbaycanın kişilərdən ibarət yığması Hollandiyanın “LSG LeidenŠk” komandası, qadın şahmatçılarımız isə Türkiyənin “Anatolia” yığması ilə qarşılaşacaq.“Odlar Yurdu”-“LSG LeidenŠk” qarşılaşmasında Yan Maykl Sprenger – Arkadi Naydiç, Artur Piclers – Rauf Məmmədov, Haastert Edvin Van – Qədir Hüseynov, Kasper Şoppen – Eltac Səfərli, Elke Viersma – Nicat Abbasov və Martin Robol – Azər Mirzəyev mübarizə aparacaq.“Odlar Yurdu”-“Anatolia” matçında Zeynəb Məmmədyarova – Yekaterina Atalik, Ülviyyə Fətəliyeva -Bətul Cəmrə Yıldız, Xanım Balacayeva – Xəyalə İsgəndərova və Aydan Höcətova – Çagil İrmak Arda qarşılaşacaq.Qaliblər və mükafatçılar İsveçrə sistemi üzrə keçirilən yeddi turun nəticələrinə görə müəyyən olunacaq.Vaxta nəzarət: ilk 40 gediş üçün 90 dəqiqə, sonra birinci gedişdən başlayaraq hər gedişə 30 saniyə əlavə olunmaqla partiyanın sonuna qədər 30 dəqiqədir.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02