Avropa Liqası turnirinin final mərhələsi çərçivəsində

23 Fevral 2018 15:03

Xəbər 1307 dəfə oxunub

Avropa Liqası turnirinin onaltıdabir final mərhələsi çərçivəsində keçirilən “Atletik Bilbao”-“Spartak” oyunundan əvvəl azarkeşlər arasında qanlı toqquşmalar baş verib.Səhər saatlarından başlayaraq radikal rus azarkeşlərin törətdiyi qanunsuzluqlar böyüyərək kütləvi hal alıb. Azarkeşlər oyunun keçiriləcəyi “San-Mames” stadionunun ətrafındakı kafe və barlara hücum edərək yerlilərlə əlbəyaxa olub, şüşə butulkalarla insanlara xəsarət yetiriblər.Oyun öncəsi baş verən toqquşmalar zamanı 5 rus azarkeş həbs olunub. Matçın gedişində isə yenə də rus azarkeşlərin qanunsuz davranışları səbəbindən oyun bir müddət dayandırılıb. Hadisələrin qarşını almaq üçün 800-dən çox yerli polis cəlb edilib.Son məlumatlara görə, 4 nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.xeber100.com