Avropa mədəniyyətinin bir nümunəsi-“İnsan parkı”

11 Aprel 2016 15:19

Xəbər 1350 dəfə oxunub

1958-ci il… Avropa ağ insanının əyləncəsi üçün Belçikanın paytaxtı Brüsseldə təşkil edilən “insan parkı”  hər zamankı kimi yenə də insan axınının hədəfi olduğu günlərdən biri idi. Mənzərə heyvanların saxlanıldığı və daima kütləvi şəkildə ora gələn insan axınının maraqlı baxışları ilə rastlanan zooparklarla eyni idi. Bir fərq var ki, hər iki səhnənin birində canlı insanın varlığı nümayiş olunur, digərində isə heyvanların.  Bu insanların digərlərindən sadəcə bir fərqi var-qara dərili olması fərqi. XIX əsrdən etibarən fəaliyyət göstərməyə başlayan insan  parkları Avropada ağ insanların əyləncəsi üçün təşkil edilirdi. Daima insan haqqlarından danışaraq dünyaya özünü yüksək insani keyfiyyətlərə malik olaraq tanıdan Avropa ölkələri əslində insanlar arasında belə ayrıseçkilik qoyub, insanları ağ və qaradərili kateqoriyalara bölüb. Afrikadan xüsusi olaraq gətirilib qapalı yerlərdə saxlanılan və xüsusi olaraq təşkil edilən tədbirlərdə Avropanın ağ insanının qarşısına çıxarılan və hərtərəfi dəmir barmaqlıqlarla əhatə olunan bir dünyadan bu qəribə insanlara baxan qara dərilinin o an hansı hisslər keçirdiyini anlamamaq mümkün deyil. Təqdim olunan şəkillərdə heyvani münasibətlər üzərində qurulan bu mənzərə sadəcə mədəniyyətdən çox-çox uzaq avropalının hazırda dünyaya mədəniyyət dərsi verməsi bir qədər təəccüblü görünür. Bu mənzərə eramızdan əvvəl 74-cü ildə Spartak isimli qladiatorun başçılığı ilə baş verən Qullar üsyanını  da yada salır. Dəmir barmaqlıqlar arasında saxlanılan, sadəcə varlı təbəqənin əyləncəsi üçün istifadə olunan, əslində əşya kimi istifadə olunan qullar…Bildiyimiz kimi Qədim Romada varlı təbəqənin ən sevimli əyləncələrindən biri də qulların(əlbəttə ki, söhbət qladiator səviyyəsində olan qullardan gedir)döyüşünü izləmək olub. Qeyd edək qladiatorlar böyük  arenalarda vəhşi heyvanlarla, eyni zamanda öz aralarında ölüm-dirim döyüşünə çıxırdılar. Bunu heç də könüllü etmirdilər, əksinə bu döyüşlərə məcbur edilirdilər.
Prinsip etibarilə müxtəlif əsrlərdə baş verən bu oxşar hadisələr-yəni heyvani münasibətə məcbur edilən qara dərililərlə qullar arasında elə də böyük bir fərq olmayıb. Sadəcə olaraq qullar döyüş gücünə malik olduqlarına görə qəfəslər içində saxlanılan qara dərililərdən seçilirdilər. Ancaq nə olur olsun hər iki tərəf cansız əşya kimi istifadə olunurdu.

 

18 milyon avropalının əyləncəsi və ya insanlığa insanlıqdan kənar münasibət…

 

Afrika və Asiya aborigenlərinə qəfəsdə tamaşa etmək avropalı üçün bir başqa əyləncə idi… 1889-cu il…Fransanın paytaxtı Parisdə “insan zooparkı” açılır və uzun illər məşhur əyləncə yerləri kimi fəaliyyət göstərir, hətta bir çox Avropa ölkələrində fəaliyyətlərini daha da genişləndirirlər. Araştırmalara əsasən belə məlum olur ki, 18 milyon avropalı bu məkanlara daima əyləncə üçün axın edib. Görəsən 18 milyonun içində heç olmasa bir nəfər olsa belə insanlığın bu qədər alçaldığına qarşı çlxmağa heç olmasa cəhd edibmi? Güman edirəm ki, bu suala yazı əsnasında cavab tapa biləcəyik. Xatırladaq ki, sadəcə Fransa deyil, eyni zamanda Belçika, Hollandiya, İspaniya, Macarıstan, Almaniya, İsveç, İtaliya və ABŞ-da da Afrikadan gətirilən qara dərililər qəfəslərdə saxlanılaraq əyləncə üçün istifadə olunublar. Bu proses 1870-ci illərdən 1960-cı illərə qədər  davam edib. Afrikadan gətirilən minlərlə qadın, kişi və uşaq adlarını çəkdiyimiz ölkələrə gəmilərlə daşınırdı. Hətta bu insanlar, kobud da çıxsa,  nadir heyvanlar kimi seçilərək qəfəsə salınırdı, əksər vaxtlarda isə heyvanlarla bir qəfəsə salınırdılar. Ən acınacaqlısı isə o idi ki, bu insanlar qəfəslərdə bir qarnı ac, bir qarnı tox yaşayırdılar.  Sərgi xarakteri daşıyan bu dəmir barmaqlıqların ətrafında yerləşdirilən lövhələrdə yazılırdı ki, “Xahiş edirik, yemək verməyin, daha əvvəl yeyiblər”. Bu da bir daha sübut edirdi ki, əyləncəyə gələnlərin əksəriyyəti necə ki, heyvanlara yemək gətirirmişlər, eləcə də rəngi dəyişik, onların təbirincə desək, bu əcayib insanlara da yemək verirmişlər. Yaxşı qidalanmayan bu insanların həyat tərzi o qədər acınacaqlı olub ki, nəticədə bəziləri bu münasibətə, bu dözülməz həyat şəraitinə və ən önəmlisi azadlıqdan məhrum olaraq yaşamağa dözmür, intihar edir, bəziləri isə elə əcəliylə dünyasını dəyişirdi. Sonrakı şəraitdə bu insanların necə dəfn olunmasından isə danışmağən mənası yoxdur. Çünki canlı insana heyvani münasibət olan yerdə, onun ölüsünə necə münasibət ola bilər, bu açıq şəkildə ortadadır. Qəribə burasındadır ki, ölənlər də əyləncə üçün nümayiş olunub. İnsanlığa insanlıqdan kənar münasibət… O dövrdə yaşayan və bu kimi hadisənin birbaşa iştirakçısı olan bir qrup alim baxın görün nə yazırdı: “Həftələrdir ki, bunların üzərində işləyirik. Bunların ağlı həddindən artıq azdır. Həddindən artıq təcavüzkar insanlardır və heç bir hissləri yoxdur. İnsana ən yaxın vəhşi nümunə də hesab oluna bilərlər”. Hətta alimlər Afrika insanını, onun həyat tərzini meymunlarla müqayisə etmişdi və əlbəttə ki, Avropa insanının bu “meymunlara” baxaraq əylənməsini təbii hal hesab etmişdi. Bu da öz dövrünün alimləri…

 

Avropanın ən dəhşətli sirri

 

İllərlə açıq aydın şəkildə insanlığı təhqir edən Avropanın bu münasibəti nə dərəcədə başqa ölkələrdən saxlanaılıb, onu demək çətin olsa da, sadəcə bir həqiqət var ki, bu dünyada  edilən hər hansı bir haqsızlıq cavabsız qalmadığı kimi, sirr olaraq da qala bilməz. Fransa daima dünya ölkələri sırasında mədəniyyətin beşiyi olaraq tanınıb. 1931-ci il…Paris. Eyfel qülləsinin yaxınlığında təqdim olunan insan sərgisini 34 milyon nəfər ziyarət edir. O ərəfələrdə Avropa iqtisadi böhran yaşayırdı və qüdrətli Sovetlər Birliyində qıtlıq hökm sürürdü. Deyəsən elə Avropanın irqçilik yüksəliş dövrünü yaşadığı dövr məhz həmin dövr olub.  Dəmir barmaqlıqların təqdimatında “Fransanın mədəniyyət missiyasını həyata keçirərkən nələrlə məşğul olduğunu kəşf edin” yazılırdı. Əslində yaxın keçmişdə Fransada baş verən bu hadisənin nə dərəcədə mədəniyyətə sığan bir nümunə olduğu illər sonra ortaya çıxacaqdı. Ola bilsin ki, Fransa üçün bu çarəsiz insanaları dəmir barmaqlıqlar arasında saxlamaq elə mədəniyyət demək idi. Çox təəsslər olsun ki, zamanla Fransa haqqında olan düşüncələrimiz məhv olmağa başladı. Bəlkə də ona görə ki, hazırda Fransanı daha yaxından tanıyırıq. Zənnimcə Qarabağ hadisəsi bizlərə bir ölkə olaraq imkan yaratdı ki, dünya ölkələrini yaxından tanıyaq.

 

Avropalıya görə, heyvanlardan heç bir fərqi olmayan insanlar

 

Avropalıya görə heyvanlardan heç bir fərqi olmayan Afrika insanının ağ dərili üçün əyləncə olması adi bir hal kimi qarşılanırdı. Onların meyminlarla olan oxşarlığı eybəcər şəkildə sübut etməyə çalışaraq qucaqlarında meymunlarla ağ dərilini əyləndirməyə məcbur edirdilər. Hətta müxtəlif formalarda şəkilləri çəkilirdi. Yazı prosesində təqdim olunan bu şəkillər əslində Avropa insanının əylənərək çəkdiyi şəkil olsa da illər sonra bir sübut rolunu oynayıb. Çünki məhz bu şəkilləri yayanlar Avropanı bununla məsuliyyətə cəlb etməyə səsləyir. Mənbələrdən belə məlum olur ki, insan sərgiləri bəzən saysız izləyicinin diqqətində dayanıb. Bu kimi sərgilərə digər ölkələri də cəlb etmək üçün dəvətnamələr, hətta pulsuz biletlər göndərilirmiş. Hər dəfə böyük maraqla qarşılanan sərgilər getdikcə daha da genişlənir və onlara görə daha əyləncəli hazırlanırmış. Belə deyilir ki, ilk insan sərgisi 1835-ci ildə məhşur şoumen, sirk sahibi Phineas Taylor Barnum tərəfindən açılıb. Və ilk addım uğurlu olduğu üçün az bir müddət sonra belə sərgilər davamlı xarakter alıb. 1870-ci ildə bu maraq dairəsi daha da genişləndi, 1874-cü ildə isə yeni-yeni parklar salındı ki, bunların da hər biri Afrika insanlarını nümayiş etdirirdi. Belə sərgilərə böyük maraq göstərənlərdən, hətta bilavasitə açılışna böyük maraq göstərənlərdən biri də Carl Hagenbeck adlı bir şəxsin adı xüsuilə çəkilir. Bu şəxs Almanyada bu kimi əyləncələr hazırlayıb. 1876-cı ildə məşğul olduğu bu əyləncəli işi daha da genişlətmək fikrinə düşən Carl Hagenbeck növbəti sərgilərdə dəyişikliklər etmək, əyləncəyə daha çox rəngarənglik  qətmaq üçün Afrikadan müxtəlif heyvanlar gətirtdirərək bu insanlarla eyni vaxtda əyləncəyə gələnlərə təqdim edib. Deyilənlərər görə, bu dəyişik sərgi o qədər maraqla qarşılanıb ki, nəticədə də az bir vaxtda Berlin, London, Paris kimi şəhərlərdə də nümayiş olunub. Həmin ərəfədə Fransanın ən qədim, qanuni şəkildə qorunan Le Jardin dAcclimatation parkı iqtisadi durumun aşağı olmasına görə tamamilə diqqətdən kənarda qalmışdı, demək olar ki, şəhər əhalisinin unutduğu, heç bir maraq kəsb etməyn məkanına çevrilmişdi. Bir sözlə, mövcud durumu aradan qaldırmaq üçün yeni bir əyləncə ortamına ehtiyac var idi. İnsan ve hayvan tacirliyiylə tanınmış Hagenbeck rəhbərliyi ilə  1877-ci ildə etnografik bir sərgi həyata keçirildi. Həmin sərgidə heyvanlarla qara dərilinin tamaşası hazırlanmışdı. Bu bir faicə idi, ancaq əyləncəyə gələnlər üçün komediyadan başqa bir şey deyildi. 34 fərqli xalqlardan ibarət insan qrupu dəmir barmaqlırlar arasından nümayiş olunurdu. Le Jardin dAcclimatationndaki bu sərgi, 1877-ci ildən 1931-ci ilə qədər fəaliyyət göstərib. 54 yıl qara dərili heyvan rolunu oynamağa məcbur edilib.

 

New York Times yazırdı…

Dünya sərgisindən söhbət açılırsa, demək olar ki, bir sərgidə nümayiş olunan hər hansı bir nümunə artıq dünya sərgilərinin də diqqətindədir. 1889-cu ildə Parisdə açılan sərgi bu baxımdan bütün dünyanın diqqətində dayanıb. Həmin sərgidə Afrikanı insanı öz həyat tərzini əks etdirən bir nümunə ilə təqdim olunurdu. 28 milyon nəfərin iştirak etdiyi sərgi o qədər böyük maraq doğurub ki, sonrakı illərdə bu proses davam edib və hər dəfə bir rəngarənglik qatılıb. Qeyd etdiyimiz kimi bəhs olunan dövrün alimləri Afrika insanını heyvanlarla müqayisə edərək onların ağlı olduğuna şübhə ilə yanaşıb. O mənada ki, bu insanların heç biri yaşadığı həyata qarşı çıxmırdı, düşdüyü vəziyyətlə barışırdı. Ancaq bu alimlərin qondarma fikirlərindən başqa bir şey deyildi. Əksinə mövcud vəziyyətə qarşı çıxanlar olub. Sadəcə dəmir barmaqlıq arasında qalan deyil, tamaşçı qismin də baxanlar da bu kimi duruma etiraz səsini yüqksəldib ki, nəticədə də belə sərgilər bağlanılıb. Bir qədər əvvələ qayıdaq. 1900-cü ilin əvvəllərində Bronx insan parkında Ota Benga adlı bir qadın nümayiş olunurdu, hətta şəkillərdən birində onun qucaqladığı meymunla görürük. Ota Benga heyvanlarla bir qəfəsdə saxlanılıb, əksər vaxtlar meymunları qucağında saxlayaraq tamaşaçıların qarşısına çıxmağa vadar edilib. Daima böyük izdihamın diqqətini çəkən bu qadın meymunları qucağında saxlamaqdan başqa eyni zamanda səbət hörməklə də məşğul olub, hətta ox atmaqda məhşur olub.  Benganın durumu çox acınacaqlı olduğu üçün park işçilərinin də diqqətini çəkmiş nəticədə qarşıdurma yaranmışdı. İnsan parkında çalışan qara dərililər Benganın belə bir həyat tərzini layiq olmadığınl deyirdilər. New York Times yazırdı ki, çalışanların bəziləri bu qadının meymunlarla bir qəfəsdə saxlanmasını qəbul etmirdi. Həmin ərəfədə Londonda zəncirə vurulmuş insanların nümayişi böyük etiraza səbəb olub ki, nəticədə də həmin sərgi də bağlanılıb. Qeyd edək ki, tədricən başlayan bu etiraz getdikcə daha da alovlanmağa başlayır. Və nəhayət İkinci Dünya Müharibəsindən sonra insan parkı qavramı tədricən aradan qalxmağa başlayır. Ən maraqlısı isə odur ki, tarixə ən qəddar bir lider kimi adını yazan  Adolf Hitler insanlığa olan bu alçaldıcı münasibətə qarşı çıxanlardan biri olub. Ən son nümayiş olunan insan parkı 1958-ci ilə təsadüf edir, bu Belçiklada baş verib. İnsanlığa olan bu heyvani münasibət çox təəssfülər olsun ki, yaxın keşçmişdə Avropada baş vermiş kədərli hekayələrdən biridir. İkinci Dünya Müharibəsindən sonra Avropada insan haqqları inkişaf mərhələsinə qədəm qoydu və belə bir məqamda yaxın keçmişdə yaşanan bu utancverici hadisə xatırlanır. 2011-2012-ci illərdə Parisdəki  Quai Branly Müzesi tarafından açılan Exhibitions: L’invention du sauvage (Vəhşinin İcadı Sərgisi)də avropalının insanlıq arasında qoyduğu bu ayrıseçkilik sorğu sual edilib. Yəqin ki, bu sorğu-sual hələ  uzun illər davam edəcək. xeber100.com

Xədicə QİYAS

Yazı prosesində  Ece Zermanın, “Vahşinin İcadı,  İnsan bahçeleri”, Elif Erdoğanın, “Sınırsız Zulüm”, Enis Baturun, “Avrupalının İnsanat Bahçesi” adlı məqalələrinə istinad olunub.

Azərbaycan-Çin İnvestisiya və Ticarət Forumu keçirilib

Pekində Azərbaycan-Çin İnvestisiya və Ticarət Forumu keçirilib. Tədbirdə iş adamları və dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov tədbirin möhkəm və davamlı əlaqələri simvolizə edən platforma olduğunu, iqtisadi artım, ticarətin genişləndirilməsi və qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə etmək baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan-Çin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi iqtisadi-ticarət əlaqələrinin də inkişafına geniş imkanlar açır. İki ölkə arasında müvafiq olaraq sərmayələrin təşviqi və qorunması, ikiqat vergitutmanın qarşısının alınması üzrə iqtisadi əlaqələrin gücləndirilməsinə yönəlmiş bir sıra sazişlər, həmçinin texniki-iqtisadi əməkdaşlığa dair sənədlər imzalanıb. Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Ölkələrimiz arasında səmərəli investisiya əməkdaşlığı həyata keçirilir. Azərbaycanda Çin investisiyalı 275 şirkət qeydiyyatdan keçib. Bundan başqa, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində başlanan infrastruktur layihələrində iştirak üçün Çin şirkətləri müraciət edib. “Huawei” şirkəti isə artıq bu regionda “ağıllı kənd” və “ağıllı şəhər” layihələrində iştirak edir. Çinlə nəqliyyat-logistikaya dair qlobal təşəbbüslər müstəvisində də sıx əməkdaşlıq qurulub. Azərbaycan Çin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb.xeber100.com  

Sentyabr 3, 2023 12:58

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçirilib

Mayın 15-də Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçirilib.Bütün qarşılaşmalar eyni saatda başlayıb."Qəbələ" səfərdə "Şamaxı"nı 1:0 hesabı ilə üstələyib. Qələbə qolunu 25-ci dəqiqədə Emil Səfərov vurub."Sabah" doğma meydanda "Sumqayıt"la 2:2 hesablı heç-heçə edib. "Gənclik şəhəri" təmsilçisindən Vurğun Hüseynov 56-cı dəqiqədə, Rəhim Sadıxov isə 83-cü dəqiqədə fərqlənib. Meydan sahiblərindən isə 90+5-ci dəqiqədə penaltidən Kristian Sebalyos 90+6-cı dəqiqədə Aleksey Kaşuk adını tabloya yazdırıb.Çempionatın lideri "Qarabağ" səfərdə "Səbail"i Rauf Hüseynlinin 70-ci, Musa Qurbanlının 87-ci və Ramil Şeydayevin 90+3-cü dəqiqədə vurduğu qollarla məğlubiyyətə uğradıb - 3:0. Gümüş medalları təmin etmiş "Neftçi" səfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzub. "Qartallar"ın qolunu 81-ci dəqiqədə Ramin Əhmədov vurub.Bu nəticələrdən sonra "Zirə" və "Qəbələ" komandaları UEFA Konfrans Liqasına vəsiqələri rəsmiləşdirib. Bu iki komanda ilə yanaşı, "Neftçi" də sözügedən turnirdə mübarizə aparacaq. "Qarabağ" isə Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək.Sona bir tur qalmış lider "Qarabağ" xallarının sayını 66-ya çatdırıb, "Neftçi" 50 xalda qalıb. "Zirə" və "Qəbələ" 44 xalla 3-4-cü yerləri bölüşdürür. Avrokubokdan məhrum olan "Sabah" 39 xalla 5-ci yerdədir. 21 xala malik komandalardan "Sumqayıt" və "Şamaxı" 6-7-ci pillədədir. Son sıradakı "Səbail"in isə 15 xalı var.Premyer Liqanın sonuncu - XXVIII turunda bürünc medalın taleyinə aydınlıq gələcək. Üçüncü yer uğrunda "Zirə" və "Qəbələ" komandaları mübarizə aparacaq. Paytaxt təmsilçisi "Şamaxı"nı, bölgə klubu ilə "Sabah"ı qəbul edəcək.xeber100.com

May 15, 2022 10:12

İngiltərə Premyer Liqasının 10-cu turunun növbəti oyunları keçirilib

Oktyabrın 30-da futbol üzrə İngiltərə Premyer Liqasının 10-cu turunun növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, turun ilk oyun günündə 7 görüş baş tutub.Turun ən gözlənilməz hesabı “Etihad” stadionunda qeydə alınıb. Son çempion “Mançester Siti” öz meydanında “Kristal Palas” komandasını qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Kristal Palas”ın heyətində Vilfrid Zaha (6) və Konor Qallaqher fərqləniblər. Matçın 44-cü dəqiqəsində Mançester təmsilçisinin müdafiəçisi Emerik Laport birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.Bu qələbə sayəsində xal ehtiyatını 12-yə çatdıran “Kristal Palas” turnir cədvəlində 13-cü, “Mançester Siti” isə 20 xalla üçüncü yerdə qərarlaşıb.Turun digər gözlənilməz hesabı “Liverpul” və “Brayton” komandaları arasında qeydə alınıb. Mersessayd təmsilçisi oyunda iki top fərqi ilə üstünlük əldə etsə də hesabı qoruya bilməyib. Qarşılaşma 2:2 hesabı ilə heç-heçə başa çatıb. Jordan Henderson, Sadio Manenin qollarına qonaqların futbolçuları Enok Mvepu və Leonardo Trossard cavab verib. Matçın 33-cü dəqiqəsində Sadio Mane penaltidən fərqlənmək fürsətini əldən verib. “Liverpul” 22 xalla ikinci, “Brayton” isə 16 xalla 7-ci yerdədir.Turun açılış görüşü “Kinq Pover” stadionunda “Lester” və “Arsenal” komandaları arasında olub. Matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. London təmsilçisinin heyətində Qabriel (5) və Emil Smit-Rou (18) fərqləniblər. Bu qələbə sayəsində xal ehtiyatını 17-yə çatdıran “Arsenal” turnir cədvəlinin beşinci pilləsinə yüksəlib, “Lester” isə 14 xalla onuncu yerdə qərarlaşıb.Qeyd edək ki, turun mərkəzi qarşılaşması “Tottenhem” və “Mançester Yunayted” komandaları arasında baş tutub. Həmin görüşdə ikinci hissə oynanılır.Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb: “Börnli” – “Bredford” - 3:1; “Vatford” – “Southemton” - 0:1; “Nyukasl Yunayted” – “Çelsi” - 0:3.xeber100.com  

Oktyabr 30, 2021 15:42

Azərbaycan kinosu FriCine beynəlxalq festivalında ölkəmizi təmsil edəcək

“Şollerin arxivi” bədii filmi Braziliyanın Rio-de-Janeyro şəhərində FriCine beynəlxalq festivalında ölkəmizi təmsil edəcək. Ekran əsəri festivalda gələn il martın 31-də birincilik uğrunda yarışacaq.Bu barədə Azərtac-a “Şollerin arxivi” filminin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.Bildirib ki, ekran əsəri almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib. Film Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.Triller janrında çəkilmiş ekran əsərində Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Ramiz Vəliyev, Sevda Ələkbərova, aktyor Mətləb Ərdəbilli və başqaları rol alıblar.Ekran əsərinin süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb. Ekran əsərində alman ailəsinin timsalında insan dramı göstərilib. Eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb.xeber100.com

Dekabr 7, 2020 13:34

Daşınmaz əmlaka dair çıxarışlar elektron qaydada veriləcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanununun tətbiqi haqqında imzaladığı Fərmana əsasən daşınmaz əmlaka dair çıxarışlar yalnız elektron qaydada veriləcək. Bununla da kağız çıxarış dövrünə son qoyulur.Əmlak Məsələləri Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, aprelin 18-dən etibarən əmlakını rəsmi qeydiyyata almaq istəyən şəxs müvafiq olaraq müraciət etdikdə komitənin ərazi reyestr ofislərində çıxarışlar 1,3,7,10 iş günündə yalnız elektron qaydada hazırlanacaq. Elektron çıxarışlar isə Elektron Hökumət portalına yerləşdiriləcək. Hüquq sahibinin çıxarışı həmin portal vasitəsilə real vaxt rejimində əldə etməsi imkanı yaradılacaq. Daha sonra həmin çıxarış vətəndaşın “Elektron hökumət” portalındakı şəxsi kabinetinə yerləşdiriləcək. Şəxsi kabineti olmadıqda isə bazada saxlanılan çıxarış sonradan şəxsi kabinet yaradıldıqdan sonra avtomatik olaraq hesaba transfer olunacaq.Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatının tam olaraq elektron müstəviyə keçidinin təmin edilməsi istiqamətində işlərini sürətləndirəcək. Müasir yanaşmalardan, innovativ üsullardan istifadə etməklə daşınmaz əmlakın daha rahat yolla qeydiyyata alınması işi davam etdiriləcək.xeber100.com

Aprel 10, 2019 10:36

Cüdo üzrə Azərbaycan çempionatına yekun vurulub

Bakı İdman Sarayında keçirilən cüdo üzrə Azərbaycan çempionatına yekun vurulub.Azərbaycan Cüdo Federasiyasından Azərtac-a bildiriblər ki, yarışın sonuncu günündə kişilər və qadınlar kateqoriyasının hər birində dörd çəki dərəcəsi üzrə qalib və mükafatçılar müəyyənləşib. Orxan Səfərov (66 kq), Gültac Məmmədəliyeva (52 kq), Murad Fətiyev (81 kq), Diana Şoranova (63 kq), Süleyman Yaqubov (100 kq), Nuranə Muradova (78 kq), Günel Həsənli (70 kq) və Şahin Qəhrəmanov (+100 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adına layiq görülüblər.Mükafatçılara medallar, Azərbaycan Cüdo Federasiyasının diplomları, pul mükafatları təqdim olunub.Komanda hesabında ilk üç yeri tutan “Neftçi”, “Dinamo” və “Cüdo 2012” klublarının baş məşqçilərinə də kubok, diplomlar verilib.Respublika çempionatı ilə əlaqədar ölkəmizə dəvət olunan Avropa Cüdo Birliyinin Hakimlər Komitəsinin rəhbəri Aleksandr Yatskeviç, qurumun komissarları Frank de Bur və Frank Oçko yarışın ən yaxşı üç hakimini müəyyənləşdirərək təltif ediblər.Çempionatın sonunda bu günlərdə yubileyini qeyd edən məşqçi, Azərbaycan Cüdo Federasiyasının Yarışların təşkili və keçirilməsi komitəsinin üzvü Arzu Axundova xatirə hədiyyəsi təqdim olunub.Qeyd edək ki, çempionatın birinci günündə Leyla Əliyeva (48 kq), Rəşad Yelkiyev (60 kq), Elmira Mustafayeva (57 kq), Rüfət Məmmədov (73 kq), Aytəkin Paşazadə (+78 kq) və Məmmədəli Mehdiyev (90 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adını qazanıblar.Çempionatda 56 klubdan 500-dək idmançı mübarizə aparıb.xeber100.com

Noyabr 22, 2018 11:43

Sentyabrın 15-nə gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda sentyabrın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 19-22°, gündüz 28-33° isti olacaq.Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 31-36° isti, dağlarda gecə 10-15°, gündüz 19-24° isti olacağı ehtimalı var.Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 31-36° isti olacağı proqnozlaşdırılır.Yuxarı Qarabağ: Xankəndi Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 19-24° isti olacağı bildirilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın temperaturunun gecə 15-20°, gündüz 28-33° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 25-30° isti, dağlarda gecə 9-14°, gündüz 20-25° isti olacaq.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturunun gecə 17-22°, gündüz 31-36° isti olacağı ehtimal edilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə 19-22°, gündüz 28-33° isti, dağlarda gecə 12-17°, gündüz 22-27° isti olacaq.Respublikanın bölgələrində şərq küləyi əsəcək.xeber100.com

Sentyabr 14, 2018 13:49