Avropa Millətlər Kuboku beynəlxalq turniri keçirilib

14 Noyabr 2017 12:42

Xəbər 839 dəfə oxunub

Moskvada güləş üzrə Avropa Millətlər Kuboku – Alrosa Kuboku beynəlxalq turniri keçirilib. Yarışda sərbəst və qadın güləşi üzrə yığma komandalarımız mübarizə aparıblar.Azərtac xəbər verir ki, sərbəst güləşçilərimiz turnirdə Rusiya, Gürcüstan və Moldova yığmaları ilə yarışıblar. Gürcüstan və Moldova yığmaları üzərində 7:1 hesablı qələbə qazanan güləşçilərimizin sonuncu qarşılaşması Rusiya ilə olub. Bunadək isə Rusiya komandası da hər iki görüşü qələbə ilə başa vurub. Final xarakteri daşıyan Rusiya-Azərbaycan qarşılaşması 5:3 hesabı ilə ev sahiblərinin qələbəsi ilə başa çatıb. Azərbaycan yığması isə turniri ikinci sırada tamamlayıb.Yeddi idmançı ilə turnirdə iştirak edən qadın güləşçilərimiz Rusiya, Ukrayna və Rumıniya güləşçiləri ilə yarışıblar. 8 çəki dərəcəsində keçirilən yarışda qadın güləşçilərimiz ilk olaraq Rumıniya yığması ilə qarşılaşıb. 4:4 hesablı bərabərlik qeydə alınan görüş rəqibin üstünlüyü ilə başa çatıb. Ardınca Ukrayna yığmasını 5:3 hesabı ilə məğlub edən güləşçilərimiz son görüşdə Rusiyaya uduzub və turniri üçüncü sırada tamamlayıblar.xeber100.com