Avropa Şahmat İttifaqının Baş Assambleyası keçiriləcək

7 Dekabr 2020 14:19

Xəbər 590 dəfə oxunub

Dekabrın 19-da Avropa Şahmat İttifaqının (ECU) Baş Assambleyası keçiriləcək.Azərtac xəbər verir ki, sayca 35-ci Assambleyada pandemiya dövründə yaranmış mövcud vəziyyət, 2021-2022-ci illər üçün yarışların təqvimi və növbəti il üçün qurumun büdcəsi müzakirə olunacaq.Onlayn formatda keçiriləcək Assambleyada Azərbaycan Şahmat Federasiyasının rəsmiləri də iştirak edəcəklər.xeber100.com