Avropa Sambo Federasiyası qitə çempionatının yeni vaxtını açıqlayıb

20 Aprel 2020 23:11

Xəbər 637 dəfə oxunub

Avropa Sambo Federasiyası (ASF) qitə çempionatının yeni vaxtını açıqlayıb.Azərtac xəbər verir ki, qurum koronavirus pandemiyasına görə mayın 22-24-də keçirilməsi planlaşdırılan Avropa çempionatının vaxtını dəyişib. ASF-nin qərarına əsasən turnir sentyabrın 18-20-də əvvəlcədən nəzərdə tutulduğu kimi Yekaterinburqda keçiriləcək.Qeyd edək ki, ötən il təşkil olunan Avropa çempionatında Azərbaycan samboçuları 2 bürünc medal qazanıblar.xeber100.com