Avropa Şurası Parlament Assambleyasının sessiyası başlayır

28 Sentyabr 2019 20:26

Xəbər 80 dəfə oxunub

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın payız sessiyasında iştirak etmək üçün sentyabrın 29-dan oktyabrın 7-dək Strasburqda səfərdə olacaq.Milli Məclisin mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, nümayəndə heyətinə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova və Elşad Həsənov daxildir.Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Avropada Ombudsman institutlarının vəziyyəti, Avropa Şurasının İnkişaf Bankı, terror qurbanlarının qorunması və dəstəklənməsi, Şimali Makedoniya Respublikası ilə post-monitorinq dialoqu, Moldovada demokratik institutlar, yəhudi mədəni irsinin qorunub saxlanılması və digər mövzularda müzakirələr aparılacaq.Sessiya çərçivəsində Avropa Şurasının yaradılmasının 70 illik yubileyi və AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə “Azərbaycanda qadın seçki hüququnun 100 illiyi” mövzusunda tədbirlər də keçiriləcək.Tədbirlərdə Milli Məclisin deputatları gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.xeber100.com

“El Sol de Mexico” qəzeti parlament seçkilərindən yazır…

Meksikanın nüfuzlu “El Sol de Mexico” qəzetində beynəlxalq müşahidəçi qismində Azərbaycanda səfərdə olmuş tanınmış jurnalist Federiko Lamontun 9 fevral tarixində Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkilərinə dair “Azərbaycan: çoxlu seçici və şəffaf seçkilər” adlı növbəti məqaləsi dərc olunub.Məqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 dekabr 2019-cu il tarixində imzaladığı Sərəncama əsasən keçirilmiş növbədənkənar parlament seçkilərinə beynəlxalq müşahidəçilərin dəvət olunduğu qeyd olunur.Azərbaycan hökumətinin dəvətinə əsasən seçkilərdə müşahidəçi qismində iştirak edən müəllif, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla keçirdiyi müsahibə zamanı onun seçkilərin şəffaf keçəcəyini, həmçinin yüksək seçici fəallığının müşahidə olunacağını vəd etdiyini bildirir və bu söylənənlərə Bakı şəhərində iştirak etdiyi 12 seçki məntəqəsində əyani şahidi olduğunu vurğulayır.Məqalədə, habelə seçkilərin ABC Radio OEM daxil olmaqla 800-dən artıq beynəlxalq müşahidəçilər tərəfindən izləndiyi qeyd olunur, bunun Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə aparılan islahatlara daha da güclü təkan verəcəyi və həmin islahatların qeyri-neft sektorunun inkişafı, sosial-iqtisadi restrukturizasiyanı davam etdirməyə imkan verəcəyi xüsusilə vurğulanır.xeber100.com

Fevral 13, 2020 14:32

Mərkəzi Seçki Komissiyasının məlumatı əsasında…

Qarşıdan gələn 9 fevral Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlayıb.Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, Mərkəzi Seçki Komissiyasının üzvləri, Katibliyin müvafiq struktur bölmələrinin əməkdaşları, habelə dairə seçki komissiyalarının sədrləri və katiblərinin iştirakı ilə Milli Məclisin Mətbəəsində geniş aşkarlıq şəraitində keçirilən tədbirdə beynəlxalq və xarici qurumlar, seçki müşahidə missiyaları, kütləvi informasiya vasitələri və seçki prosesinin iştirakçısı olan subyektlərin prosesi yaxından və birbaşa izləmələri üçün hərtərəfli şərait yaradılıb.Seçki bülletenlərinin ilk gün - fevralın 2-də Naxçıvan Muxtar Respublikası və ucqar bölgələri əhatə edən ümumilikdə 62 seçki dairəsinə, növbəti gün isə respublikanın digər bütün seçki dairələrinə təhvil verilməsi nəzərdə tutulur. Seçki bülletenləri dairə seçki komissiyaları sədrlərinin və katiblərinin iştirakı ilə bülletenlərin sayı, verilmə tarixi və vaxtı göstərilməklə tərtib edilən akt əsasında dairə seçki komissiyalarının sədrlərinə təhvil verilir. Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilən yüksək təhlükəsizlik şəraitində hazırlanan seçki bülletenləri dairə seçki komissiyalarına verildikdən sonra onların daşınması, saxlanması və məntəqə seçki komissiyalarına paylanılması prosesinin mühafizəsini Daxil İşlər Nazirliyinin müvafiq qurumları təmin edir.Milli Məclisin Mətbəəsində baş tutan tədbirdə seçki bülletenlərin hazırlanması və aidiyyəti üzrə çatdırılmasının təşkili ilə bağlı qanunvericiliyin tələbləri barədə kütləvi informasiya vasitələrinə də ətraflı məlumat verilib, şəffaflığın təmin edilməsi üçün bütün mərhələlər media təmsilçiləri tərəfindən geniş işıqlandırılıb və jurnalistləri maraqlandıran suallar cavablandırılıb.xeber100.com  

Fevral 2, 2020 21:13