Aprelin 24-dən 28-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası keçiriləcək. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri sessiyada iştirak edəcəklər.
AŞPA-nın Strasburqda keçiriləcək yaz sessiyasının gündəliyində Rusiyaya köçürülən Ukrayna vətəndaşlarının, xüsusən də uşaqların vəziyyəti, təbii fəlakətlərin qarşısını almaq üçün siyasi strategiyalar da daxildir.
Avropalı parlamentarilər “Rusiya Federasiyasına və ya Rusiya Federasiyasının faktiki nəzarəti altında olan Ukrayna ərazilərinə məcburi və ya sadəcə köçürülmüş ukraynalı mülki şəxslərin, xüsusən də uşaqların vəziyyəti”nə dair müzakirələr aparacaqlar. Ukraynanın birinci xanımı Olena Zelenskaya müzakirələrə onlayn qatılacaq.
Assambleya Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələlərdən sonra baş verə biləcək təbii fəlakətlərin qarşısının alınması, onlara hazırlıq və nəticələrinin aradan qaldırılması üçün siyasi strategiyalar haqqında hesabatı müzakirə edəcək.
Assambleya üzvləri, həmçinin 2023-cü il mayın 16-da və 17-də Reykyavikdə keçiriləcək Avropa Şurasının dördüncü Sammitinə dair cari məsələlərlə bağlı müzakirələr aparacaqlar. Avropalı parlamentarilər İslandiya Prezidenti Qudni Yohannessonun çıxışını dinləyəcəklər. Sessiya çərçivəsində İslandiyanın xarici işlər naziri Thordis Kolbrun Reykfyord Gylfadottir tərəfindən ölkəsinin sədrlik etdiyi Nazirlər Komitəsinin kommünikesi təqdim olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…