Avropa Şurasının 14–cü konfransı işə başlayıb

30 Noyabr 2016 11:00

Xəbər 932 dəfə oxunub

Budapeştdə Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işə başlayıb.Konfransda Azərbaycanı Gənclər və idman naziri Azad Rəhimov təmsil edir.Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, tədbirdə son vaxtlar dopinqlə bağlı media və müstəqil tədqiqatçılar tərəfindən aparılan araşdırmalar nəticəsində ortaya çıxan nöqsanların aradan qaldırılması üçün dövlətlərin Ümumdünya Antidopinq Agentliyinə (WADA) dəstəyinin formaları, dopinqlə yenilənmiş mübarizə siyasətində idmançıların əsas hüquqlarının qorunması sahəsində ölkələrin görməli olduğu işlər, Avropa Şurası Antidopinq Konvensiyasının yenilənməsi, WADA ilə yanaşı, yeni müstəqil test qurumunun yaradılması kimi mühüm məsələlər edilir.xeber100.com