Avropa Taekvando Birliyinin təşkilatçılığı ilə…

6 Noyabr 2017 12:37

Xəbər 766 dəfə oxunub

Avropa Taekvando Birliyinin təşkilatçılığı ilə Kiprin Larnaka şəhərində keçirilən gənclər arasında qitə birinciliyi başa çatıb.Azərtac xəbər verir ki, 700-dən çox taekvandoçunun qatıldığı yarışda gənclərdən ibarət milli komandamız uğurla çıxış edərək aktivinə 1 qızıl və 1 bürünc medal yazdırıb.Baş məşqçi Məmməd Abdullayevin və böyük məşqçi Zahid Məmmədovun yetirmələrindən Bəhruz Quluzadə (45 kq) qızıl, Cavad Ağayev (63 kq) isə bürünc medala sahib olublar.Azərbaycan Taekvando Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə qitə birinciliyində iştirak edən komandamız noyabrın 7-də Vətənə qayıdacaq.xeber100.com