Avropa Triatlon İttifaqı növbəti reytinq cədvəlini açıqlayıb

29 İyun 2020 11:24

Xəbər 991 dəfə oxunub

Avropa Triatlon İttifaqı qadın idmançıların növbəti reytinq cədvəlini açıqlayıb.Azərtac qurumun rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Kseniya Levkovskaya reytinq cədvəlində 2 pillə irəliləyib. Belə ki, hesabında 1415 xal olan təmsilçimiz 47-ci pilləyə yüksəlib.Reytinq cədvəlinin ilk üç pilləsində Böyük Britaniya təmsilçiləri – Corciya Teylor-Braun, Cessika Lernmos və Viki Holland yer alıblar.xeber100.com