Avropa üzrə ən yaxşı futbolçu müəyyənləşib

15 Noyabr 2017 12:19

Xəbər 737 dəfə oxunub

Polşa millisinin hücumçusu Robert Levandovski dünya çempionatının Avropa üzrə seçmə mərhələsinin ən yaxşı məhsuldar futbolçusu seçilib.Azərtac UEFA-nın saytına istinadla xəbər verir ki, “Bavariya”nın forvardı rekord sayda – 16 qol vurub.Polşalı futbolçu 15 qol vuran Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu, belçikalı Romelu Lukaku və danimarkalı Kristian Erikseni (hər ikisi 11 qol) qabaqlayıb.xeber100.com