Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinə yekun vurulub.UEFA qrup oyunlarından sonra statistik göstəriciləri açıqlayıb. A qrupunu 1 xalla sonuncu pillədə başa vuran Azərbaycan millisi əksər göstəricilərdə ən zəiflər sırasındadır.Komandamızın heyətində yalnız Şahruddin Məhəmmədəliyev ən çox seyv edən qapıçılar sırasına düşüb ki, bu da rəqiblərin yığmamızdan güclü olduğunu göstəricisidir. Belə ki, “Qarabağ”ın qapıçısı millinin heyətində 8 oyunda 44 seyv edərək, komandasını qoldan ən çox xilas edən üçüncü qapıçıdır. O, yalnız Lixtenşteyn (Benjamin Büçel – 72 seyv) və San-Marino (Elia Benedettini – 62) yığmalarının qolkiperindən geri qalır.Ş.Məhəmmədəliyev həm də ən çox qol buraxan 6 qapıçıdan biridir. O, 18 dəfə topu tordan çıxarmalı olub. Bu baxımdan ilk “beşlik”də müvafiq olaraq Elia Benedettini (San Marino – 46 qol), Henri Bonelyo (Malta – 30), Benjamin Büçel (Lixtenşteyn – 30), Deyl Koleinq (Cəbəllütariq – 23) və Ofir Marsiano (İsrail – 21) qərarlaşıb.Vurduğu 4 qolla bu tsikldə Azərbaycan millisinin bombardiri olan Emin Mahmudov bu göstəricidə 23-39-cu yerləri bölüşdürür. Qrup mərhələsinin bombardirləri 12 qolla niderlandlı Memfis Depay və ingiltərəli Harri Keyndir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…