Avropa zonası üzrə seçmə mərhələsində X turun növbəti oyunları keçirilib

16 Noyabr 2021 11:09

Xəbər 419 dəfə oxunub

Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində X turun növbəti oyunları keçirilib.C, F və I qruplarında oynanılan qarşılaşmalardan sonra növbəti 2 komanda final mərhələsinə birbaşa vəsiqə əldə edib.C qrupunda doğma meydanda Bolqarıstana 4:0 hesabı ilə qalib gələn İsveçrə millisi 1-ci yerin sahibi kimi mundiala yollanıb. Səfərdə Şimali İrlandiyanın müqavimətini qıra bilməyən İtaliya yığması isə pley-offda mübarizə aparacaq.I qrupunda San-Marinonu 10 cavabsız qolla məğlub edən İngiltərə seçməsi dünya çempionatına birbaşa yollanmaq hüququ qazanıb. Qrupu 2-ci sırada tamamlayan Polşa isə final mərhələsinə getmək üçün pley-off matçları oynamalıdır.Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

C qrupu

Şimali İrlandiya – İtaliya – 0:0;

İsveçrə – Bolqarıstan – 4:0.

Qrupdakı vəziyyət: İsveçrə 18, İtaliya 16, Şimali İrlandiya – 9, Bolqarıstan – 8, Litva – 3.

F qrupu

İsrail – Farer Adaları – 3:2;

Şotlandiya – Danimarka – 2:0;

Avstriya – Moldova – 4:1.

Qrupdakı vəziyyət: Danimarka 27, Şotlandiya 23, İsrail – 16, Avstriya – 16, Farer Adaları – 4, Moldova – 1.

I qrupu

San-Marino – İngiltərə – 0:10;

Albaniya – Andorra – 1:0;

Polşa – Macarıstan – 1:2.

Qrupdakı vəziyyət: İngiltərə 26, Polşa 20, Albaniya – 18, Macarıstan – 17, Andorra – 6, San-Marino – 0.XM.xeber100.com