Avropaya xəbərdarlıq

26 Mart 2016 21:57

Xəbər 992 dəfə oxunub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan terror hücumları ilə bağlı Avropa, ABŞ və Rusiyaya xəbərdarlıq edib. Ərdoğan Rusiyanın istənilən şəhərində terror aktının törədilə biləcəyini bəyan edib.Onun sözlərinə görə, Rusiya zənn edir ki, Moskvada terrorçulara ofis açdırdısa, onlara bol-bol silah verdisə, heç bir problem olmayacaq.”Yanılırlar. Bumeranq kimi qayıdıb bir gün səni vuracaq. Bunu da bil. Ankarada məsum xalqı hədəfə alan, terror aktı törədən təşkilat heç bir insani və əxlaqi dəyəri qalmayan bir qruplaşmadır. Onlar üçün Ankara ilə Londonun, İstanbul ilə Berlinin, Nyu-York ilə Moskvanın fərqi yoxdur.Bu gerçəyi görmək üçün nə çox dərin kəşfiyyat məlumatlarına, nə də dəqiq ünvanlara sahib olmağa ehtiyac yoxdur. Hər şey bütün çılpaqlığı ilə ortadadır. Siz terrorçulara müxtəlif səbəblərə görə qucaq açır, birlikdə yola davam etməyə çalışırsınız. O terrorçu əvvəl-axır silahını, bombasını sizə də çevirəcək. Dəvəquşu kimi başınızı quma soxaraq ortadakı gerçəyi dəyişdirə bilməyəcəksiniz”, – Ərdoğan deyib.Bundan əvvəl isə Ərdoğan Belçika və Hollandiya güc strukturlarını səriştəsizlikdə, qeyri peşəkarlıqda təqsirləndirib. Türkiyənin deportasiya etdiyi, sonradan Brüsseldə partlayış törətmiş döyüşçü barəsində lazımi ölçülərin götürülməməsini pisləyib.Ərdoğan deyib ki, Brüsseldə partlayış törədən terrorçulardan biri İbrahim Əl Bakrui 2015-ci ilin iyun ayında, Suriya ilə sərhəddə yerləşən Qaziantep vilayətində saxlanılmış və öz istəyi əsasında Niderlanda deportasiya olunmuşdu.
Türkiyə hökuməti onun xarici döyüşçü olduğunu bildirsə də Niderland və Belçika hökumətləri onun barəsində heç bir tədbir görməyib.Martın 22-də səhər saatlarında Brüssel beynəlxalq hava limanında 2 güclü partlayış baş verib. Üçüncü partlayış isə qısa müddət sonra “Malbek” metrostansiyasında vaqonda baş verib. Partlayışlara görə məsuliyyəti İŞİD terrorçu qruplaşması öz üzərinə götürüb.Silsilə terror aktları nəticəsində 34 nəfər ölüb, 250 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Hökumətin fikrincə, həmin partlayışda bir neçə terrorçu iştirak edib.

Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub

Fevralın 5-də Londonda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) biryerlik maşınlarında yürüş üzrə direktoru Nikolas Tombasisin və Formula 1-in prezidenti Stefano Domenikalinin sədrliyi ilə Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub. Xarici media xəbər verir ki, iclasda bir sıra məsələlər nəzərdən keçirilib, o cümlədən 2024-cü ildən qüvvəyə minəcək sprintli yürüş uik-endinin yeni formatı təsdiqlənib. Yeni format bu şəkildədir: cümə günü sprintdən əvvəl yeganə məşq və təsnifat. Şənbə günü sprint və yürüşdən əvvəl əsas təsnifat, bazar günü isə yürüş. Bu dəyişikliklər FIA-nın fevralın 28-də keçiriləcək Ümumdünya Şurasında rəsmi şəkildə təsdiqlənməlidir. Komissiyanın iclasında texniki və idman reqlamentlərinə də dəyişikliklər olunub. 2024-2025-ci illərdə bir pilot üçün mövsüm ərzində güc qurğularının sayının artırılaraq dördə çatdırılması təklifi bəyənilib. Eləcə də yürüş zamanı DRS-ni (Drag Reduction System – ön müqavimətin azaldılması sistemi) startdan bir dövrə vurduqdan və yaxud təhlükəsizlik avtomobili trasdan çıxdıqdan sonra restartın ardınca aktivləşdirmək mümkündür. Вundan əvvəl yalnız iki dövrədən sonra DRS-nin istifadəsinə icazə verilirdi. Bundan başqa, Formula 1 Komissiyası 2026-cı ilin reqlamentinə dair bir sıra mövzuları, xüsusən maliyyə və dayanıqlı inkişaf məsələlərini müzakirə edib. 2024-cü il üçün texniki, idman və maliyyə reqlamentlərinə də cüzi dəyişikliklər edilib.xeber100.com

Fevral 6, 2024 14:51

“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 22 “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb. “SpaceX” kompaniyasının məlumatına görə, “Falcon 9” yanvarın 23-də ABŞ-ın Sakit Okean sahilləri vaxtı ilə saat 16:35-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kaliforniya ştatında yerləşən Vandenberq bazasından start götürüb. Daşıyıcı raketin artıq 16-cı dəfədir istifadə olunan birinci pilləsi Sakit okeandakı “Of Course I Still Love You” dəniz platformasına eniş edib. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,7 mindən çox peyk buraxıb. Onların bəziləri sıradan çıxıb, 5,3 mindən çoxu isə işlək vəziyyətdədir. Kompaniyanın layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər. Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın kosmik aparat çıxarmaq niyyətindədir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.xeber100.com

Yanvar 24, 2024 11:42