Aprelin 4-də Avstraliya parlamenti zorakılıq səhnələrinin yayılması ilə qeyri-səmərəli mübarizəyə görə media şirkətlərinin rəhbərliyi üçün cərimənin və həbs cəzasının tətbiqinin nəzərdə tutulduğu qanun layihəsini qəbul edib.Azərtac xəbər verir ki, qanuna əsasən, sosial platforma müvafiq kontenti təcili silmədiyi halda onun rəhbərliyini şirkətin illik dövriyyəsinin 10 faizi məbləğində cərimə və ya 3 il müddətədək həbs cəzası gözləyir. Bundan əlavə, media şirkətlər öz platformalarında zorakılıq səhnələrinin yer aldığı videoçarxlar barədə polisi təcili məlumatlandırmalıdırlar.Xatırladaq ki, martın ortalarında Yeni Zelandiyanın Kraystçörç şəhərində iki məsciddə törədilən terror aktları nəticəsində 50 nəfər həlak olub, bir o qədər insan da yaralanıb. Yeni Zelandiyanın Baş naziri Casinda Ardern bu hadisəni terror aktı adlandırıb. Faciə ilə bağlı 28 yaşlı Avstraliya vətəndaşı Brenton Tarranta qarşı qətl törətmək ittihamı irəli sürülüb və aprelin 5-dək onun həbsdə saxlanması qərara alınıb.B.Tarrant məscidlərdən birinə hücumu videoya çəkib və sosial şəbəkələrdə canlı yayımlayıb. Facebook şirkətinin məlumatına görə, Kraysçörçdə törədilən hadisə ilə bağlı ilk dəfə 24 saat ərzində 1,5 milyon videoyazı silinib. Bundan bir qədər sonra Facebook “ağ millətçiliyin” təbliği və dəstəklənməsi ilə bağlı qadağa tətbiq edildiyini bildirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…