Avstriya hökuməti COVID-19 pandemiyası ilə əlaqədar riskli regionlardan hava nəqliyyatı vasitələrinin Avstriya hava limanlarına qəbulu qadağasını daha da sərtləşdirib.Azərtac xəbər verir ki, iyulun 16-dan etibarən daha 18 ölkədən sərnişin təyyarələrinin Avstriya hava limanlarına enməsi qadağan edilib. İndiyədək qadağan siyahısında 8 ölkə (Rusiya, Ukrayna, Belarus, Böyük Britaniya, Çin, Portuqaliya, İran və İsveç) və İtaliyanın Lombardiya əyaləti yer alırdı.Avstriya Federal Səhiyyə naziri Rudolf Anşoberin yeni sərəncamına əsasən, Qərbi Balkan ölkələri, Bolqarıstan, Rumıniya, Moldova və Misir kimi ölkələrdən təyyarə reysləri ən azı iyulun sonunadək ləğv olunur. Siyahıda göstərilən ölkələrdən uçuşlara yalnız istisna hallarda mümkündür. Bu hallara Avstriya dövlətinin maraqlarına xidmət edən, eləcə də yük, xəstə, tibbi personal və vətənə geri dönən avstriyalıları daşıyan təyyarələrin Avstriya hava limanlarına enmələrinə icazə verilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…