BŞ və Macarıstanın ardından Avstriya da BMT-nin Qlobal Miqrasiya Paktını imzalamayacaq.Azərtac xəbər verir ki, bu barədə qərar Nazirlər Kabinetinin oktyabrın 31-də keçirilən iclasında qəbul olunub. Koalisiyalı hökumətdə təmsil olunan partiyalar tərəfindən bu addımın ölkənin suverenliyini qorumaq məqsədi daşıdığı bildirilib.Qeyd edək ki, bu ilin ilk yarısında BMT-yə üzv ölkələrin hökumətləri səviyyəsində razılaşdırılan Qlobal Miqrasiya Paktı bu il dekabrın 10-11-də Mərakeşdə keçirilən konfransda imzalanmalı idi. 34 səhifəlik qeyri-icbari sənəd gələcəkdə qaçqın axınlarının daha yaxşı təşkilinə və qaçqınların hüquqlarının daha yaxşı qorunmasına kömək etməlidir. Paktda, həmçinin qeyd edilir ki, bu sənədlə üzv ölkələrin suverenliyinə və qaçqınlarla bağlı milli siyasətinin müstəqil təşkil edilməsinə müdaxilə olunmur, həmçinin bu pakt beynəlxalq hüquqla heç bir icbari funksiya daşımır.Paktın layihəsi iyul ayında qəbul edilərkən Avstriya sənədin lehinə olsa da, sonradan koalisiyalı hökumətdə təmsil olunan Avstriya Azadlıq Partiyasının rəhbərliyi bu paktın hökumətin qaçqın və miqrasiya siyasətinə təsir edəcəyini əsas gətirib və koalisiya tərəfdaşı Avstriya Xalq Partiyasını pakta qoşulmamağa razı salıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…