Yanvarın 26-da Avstriya parlamentində ölkənin yeni seçilmiş dövlət başçısı Aleksandr Van der Bellenin andiçmə mərasimi keçirilib.Təntənəli andiçmə mərasimində səlahiyyət müddəti ötən ilin iyul ayında başa çatmış keçmiş Prezident Haynts Fişer, federal kansler Kristian Kern, vitse-kansler Raynhold Mitterlener, parlament üzvləri, ölkənin ictimai-siyasi xadimləri, diplomatik korpusun təmsilçiləri və jurnalistlər iştirak ediblər.Andiçmə mərasimində çıxış edən A.Van der Bellen qarşıdakı altı il ərzində fəaliyyətinin əsas istiqamətlərini açıqlayıb, ölkə əhalisini birləşdirməyə, bütün partiyaların və siyasi görüşlərin fövqündə durmağı bacaran bir dövlət başçısı olmağa çalışacağını bəyan edib. O, Avstriyanın tarixi ənənələrinə sadiq qalaraq, qonşu və digər dövlətlərlə körpüləri möhkəmləndirmək, ölkənin neytrallığını diqqət mərkəzində saxlamaq və Avropa dəyərlərini daha da gücləndirmək üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…