Avstriyada avtomobil satışı bazarında böhran yaranıb

13 May 2020 10:17

Xəbər 111 dəfə oxunub

Koronavirus pandemiyası ilə əlaqədar Avstriyada avtomobil satışı bazarında böhran yaranıb.Azərtac Avstriya Statistika İdarəsinə istinadla xəbər verir ki, ötən ay Avstriyada keçən ilin apreli ilə müqayisədə 64,9 faiz az, yəni cəmi 11 min 220 minik avtomobili dövlət qeydiyyatından keçib. İdarənin məlumatına əsasən, benzin mühərriki ilə çalışan yeni avtomobillərin qeydiyyatı 71 faiz, dizel mühərriki ilə çalışan avtomobillərdə isə 63, 8 faiz azalıb. Elektrik mühərriki ilə çalışan avtomobillərdə vəziyyət nisbətən yaxşı (23,1 faiz geriləmə) olub.Yük maşınlarının satışında da geriləmə müşahidə olunduğu aprel ayında yeganə artım kənd və meşə təsərrüfatı maşınlarında qeydə alınıb. Statistika İdarəsinin hesabatına əsasən, apreldə 19 min 950 nəqliyyat vasitəsi (ötən ilin aprel ayı ilə müqayisədə 56,6 faiz az) qeydiyyata alınıb.Qeyd edilməlidir ki, ölkədə ən çox satılan ilk on avtomobil markasının hər biri ötən ay ciddi satış itkisi ilə üzləşib: Skoda (-44,7 faiz), Renault (-51,4 faiz), Audi (-56,7 faiz), Mercedes (-57,6 faiz), BMW (-57,7 faiz), Peugeot (-62,3 faiz), VW (-66,6 faiz), Kia (-67,2 faiz), Ford (-67,5 faiz) və Seat (-74,0 faiz). Bu göstəricilər isə öz növbəsində avtomobil istehsalı sənayesində böhranı qaçılmaz edə bilər.xeber100.com

Gürcüstan hökuməti vətəndaşları üçün yeni qaydalar müəyyənləşdirib

Gürcüstan parlamentində ölkə vətəndaşlarının Şengen zonasına daxil olan ölkələrə səfər etmələri ilə bağlı yeni qanun layihəsi bu həftə müzakirəyə çıxarılacaq.Azərtac xəbər verir ki, bu barədə Gürcüstan parlamentindən məlumat verilib.Yeni layihədə Şengen ölkələrinə səfər etmək istəyən Gürcüstan vətəndaşları üçün yeni qaydalar və məhdudiyyətlər nəzərdə tutulub.Yeni qaydalara əsasən, son 10 il ərzində biometrik pasport almayan və pasportunun müddəti getdiyi ölkədən qayıdacağı günədək azı 3 ay müddəti olmayan şəxslər xarici ölkələrə səfər edə bilməyəcəklər.Həmçinin Şengen zonasına daxil olan ölkəyə səfər edən şəxsin geri qayıtmaq üçün təyyarə bileti və ya bu bilet üçün qabaqcadan bildirişi (bron) olmayan, getdiyi ölkədə qalacağı dəqiq ünvan, mehmanxana, dəvət edən şəxsin dəqiq ünvanı tələb olunan sənədlər sırasındadır.Yeni dəyişikliklərdə, həmçinin saxta sənədlər təqdim edən şəxslər və bu sənədləri verən təşkilatlar üçün cinayət məsuliyyəti nəzərdə tutulub.Həmin şəxsləri 2 ildən 6 ilədək, belə faktlar təkrar olduqda isə 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.Bu qaydalar, əsasən, Gürcüstan vətəndaşlarının xarici ölkələrdə sığınacaq axtarmaları ilə bağlıdır.Qeyd olunur ki, bəzi Avropa İttifaqı ölkələri, o cümlədən Almaniya, Fransa, İsveç və İslandiya bu cür halların qarşısını almaq üçün Gürcüstan hökumətinə müraciət ediblər.Məlumat üçün qeyd edək ki, Gürcüstan vətəndaşlarına Şengen ölkələrinə turist kimi, işgüzar səfərə və ya qonaq getmək üçün 2017-ci ilin mart ayından icazə verilir.Gürcüstan vətəndaşları Şengen zonasına daxil olan ölkələrə 180 gün ərzində cəmi 90 gün səfər edə bilirlər.xeber100.com

Avqust 31, 2020 13:00