Avstriyanın yeni kansleri Kristian Kern uğursuzluqla nəticələnən qiyamdan sonra rəsmi Ankaranın siyasətinə münasibətdə bir sıra kəskin fikirlərindən sonra sosial şəbəkələrdə öz ünvanına tənqid dalğası ilə üzləşib. Sosial şəbəkə istifadəçilərinin hiddətini son illərdə Avropa üçün çox səciyyəvi olan bir mövqe – qiyamçıların Konstitusiyaya zidd hərəkətlərinin pislənməsi əvəzinə nə üçünsə hökumətin demokratiya və qanuniliyin müdafiəsi istiqamətində ədalətli addımlarının tənqidə məruz qaldığı ikili standartlar mövqeyi hiddətləndirib. Türkiyə icması kanslerə özünü Prezident Rəcəb Tayyib Ərdoğanın yerinə qoymağı və onun yerində olacağı təqdirdə özünün necə hərəkət edəcəyi barədə düşünməyi təklif edib. Kristian Kern buna cavab olaraq Avstriyada yaşayan bütün Türkiyə vətəndaşlarını “Avstriya həyat tərzinə hörmətlə yanaşmağa” çağıraraq vurğulayıb ki, onlara nümayişə çıxmaq hüququ verilir. “Avstriya həyat tərzi” dedikdə, görünür, qiyamçılara gizli rəğbət hissləri və qanuni hökumətin konstitusionallığın bərpası istiqamətində addımlarının açıq tənqid edilməsi nəzərdə tutulur. Avstriya hökuməti başçısının “Twitter” səhifəsində qarşılaşdığı məlumatlar arasında, məsələn, milyonlarla suriyalı qaçqının yolunu kəsən Türkiyənin sərhədlərinin açılması kimi hədələr var. Kanslerin “Twitter” səhifəsinə daim “Biz sizin günahınız üzündən öz ev-eşiyindən didərgin düşmüş milyonlarla suriyalını Avropaya getmək istədikləri halda öz evimizdə saxlamağa borclu deyilik”, “Bəsdir türklərə yuxarıdan aşağı baxdınız!”, “Təkəbbürünüzü kənara qoyun!” kimi məlumatlar daxil olur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…