Parisdə Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Avtoidman üzrə Ümumdünya Şurasının növbəti iclası keçirilib. Azərtac “f-1.az” saytına istinadla xəbər verir ki, iclasda Formula-1 yarışlarının gələnilki mövsümünün təqviminin ilkin variantı təsdiq olunub. Bu il olduğu kimi, gələn il də təqvimdə 21 Qran-pri yer alıb. Amma Kanada, Almaniya və Braziliya yarışlarının keçirilməsi hələ tam təsdiq edilməyib. Sentyabrın əvvəlində irəli sürülmüş versiya ilə yenisi arasında bəzi dəyişikliklər var. Çin Qran-prisi mövsümün ilk yarışından bir həftə deyil, iki həftə sonra keçiriləcək. Malayziya və Sinqapur Qran-prilərinin də vaxtları dəyişib. Meksika Qran-prisi isə bu dəfə Braziliya Qran-prisi ilə qoşalaşıb. Bakıda keçiriləcək Avropa Qran-prisi yenə də Kanadadakı yarışdan bir həftə sonraya nəzərdə tutulub. Həmin gün yenə də Avropada Le Manın əfsanəvi 24 saatlıq marafonu keçiriləcək. Yeni mövsümün təqviminin son versiyası dekabrın ortalarında təsdiq olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…