Vyanada Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Avtoidman üzrə Ümumdünya Şurasının növbəti iclası keçirilib. İclasda gələnilki mövsümün təqvimi təsdiq olunub.Azərtac f-1.az saytına istinadla xəbər verir ki, təqvimin açıqlanmasını səbirsizliklə gözləyən ölkələrdən biri də Azərbaycan olub. Çünki builki yarış 24 saatlıq Le Man marafonu ilə eyni həftəsonunda təşkil olunmuşdu və bu, azarkeş sayına təsir göstərmişdi. Növbəti mövsümün ilkin təqvimində də Bakı mərhələsinin iyunun 18-də təşkil olunacağı bildirilmişdi və bu yenə Le Mandakı yarışla üst-üstə düşmək demək idi.Təsdiqlənən yeni təqvim ölkəmiz üçün qənaətbəxş sayıla bilər. Bakıdakı yarış ilkin təqvimdə açıqlanan vaxtdan bir həftə sonra – iyunun 25-də baş tutacaq. Buna təsir edən amillərdən biri də Almaniya Qran-prisinin təqvimdən çıxarılması olub.Daha bir əlamətdar hadisə isə yarışımızın adının dəyişdirilməsidir. Debüt ilində Avropa Qran-prisi adlandırılan yarış gələn ildən Azərbaycan Qran-prisi kim tanınacaq.Mövsüm 20 yarışdan ibarət olacaq. Yarış martın 26-da Avstraliyada başlayıb, noyabrın 26-da Əbu-Dabidə başa çatacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…